15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür
14.06.2017 [09:59]
Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov deyib ki, hər bir xalqın tarixində onun ayrılmaz tərkib hissəsinə çevrilmiş milli qurtuluş və oyanış məqamları vardır. 1993-cü ilin 15 iyunu da belə tarixi anlardandır: “Həmin gün Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün üzünü Naxçıvana tutdu. Şərəfli həyatını bütünlüklə xalqının və dövlətinin inkişafına həsr edən Ümummilli lider Heydər Əliyevə nicat yeri kimi baxdı. Adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Heydər Əliyev “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib siyasi iradə nümayiş etdirərək Bakıya qayıtdı. Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın israrlı tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi oldu”.
“Bu gün biz Heydər Əliyevin cismani yoxluğu ilə barışmağa məcbur olsaq da, Onun ideyalarının ölməzliyi, əsasını qoyduğu siyasi kursun davam və inkişaf etdirilməsi ilə təsəlli tapırıq. Artıq milli qurtuluşunu əldə etmiş Azərbaycan Respublikası 24 ildir ki, inamla inkişaf edir, yeni-yeni uğurlara doğru irəliləyir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur”, - deyə A.Qasımov bildirib.
A.Qasımov deyib ki, Ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu durmadan artır: “Blokada şəraitində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikası öz qədimliyini qorumaqla bu gün də sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə diyarımızda illərdən bəri düşünülmüş, ardıcıl və məqsədyönlü, əzəmətli quruculuq prosesləri uğurla həyata keçirilir. Bu quruculuq ərməğanlarından rayonumuza da yetərincə pay düşmüşdür”.
Tədbirdə çıxış edən YAP üzvləri Vüsalə Əliyeva, Polad Rzazadə, Gülnarə Hüseynova və Cəlil Qasımbəyli Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 iyun - Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salıb, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıblar.
Tədbirdə bir qrup gəncə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub, məktəblilər qurtuluş gününə həsr olunmuş şeirlər deyiblər.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

