YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib
05.07.2017 [10:01]
İyulun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev iclası açaraq, son bir ay ərzində respublikamızın, Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon partiya təşkilatının ictimai-siyasi həyatında baş verən hadisələrdən ətraflı danışaraq diqqətə çatdırıb ki, ötən ay Azərbaycanın ən yeni tarixində çox əlamətdar gün olan 15 İyun - Milli Qurtuluş Günü yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan istər siyasi, sosial-iqtisadi sahədə, istərsə də ordu quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması sahələrində qısa müddət ərzində böyük inkişaf yolu qət edib: “Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu gün də sürətlə inkişaf edir və gələcəyə nikbin baxır. Bu gün şahidi olduğumuz bütün nailiyyətlər ölkədə aparılan çox düşünülmüş siyasətlə bağlıdır. Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının Sədri olması isə bizim üçün o deməkdir ki, ölkə rəhbərinin apardığı işlər elə partiyamızın fəaliyyətində də təcəssüm edir”.
Təşkilat sədri qeyd edib ki, ölkəmizin və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən və bu gün sıralarında 25 mindən çox partiya üzvünün cəmləşdiyi YAP Səbail rayon təşkilatının bu ilin birinci yarısındakı fəaliyyətinə nəzər salsaq, əminliklə deyə bilərik ki, rayon təşkilatı daim Prezidentimizin yanındadır və istər partiya üzvlərimiz, istərsə də gənclərimiz ölkəmizdə gedən bütün proseslərdə xüsusi fəallıqları ilə seçilirlər. Ötən iclasdan keçən müddət ərzində YAP Səbail rayon təşkilatının gördüyü işlər haqqında ətraflı məlumat verən Ş.Hacıyev bildirib ki, iyun ayı ərzində 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı çoxsaylı tədbirlər keçirilib, rayon təşkilatı nəzdində yeni ərazi ilk partiya təşkilatları təsis olunub, Ramazan bayramı münasibətilə rayonun aztəminatlı sakinləri üçün bir neçə xeyriyyə aksiyası keçirilib. Eyni zamanda, məktəblilərin respublikamızın ali qanunvericilik orqanının fəaliyyəti ilə tanış olması üçün Milli Məclisə bir neçə ekskursiya təşkil olunub. Ş.Hacıyev ilin əvvəlindən etibarən 900-ə yaxın yeni üzvün partiya sıralarına daxil olduğunu bildirib.
Sonra gündəlikdə duran məsələlər müzakirə edilib. “Bibiheybət” (50 saylı orta məktəb) ərazi ilk partiya təşkilatının sədri Sədaqət Həsənova, “Müharibə veteranları” (Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsi) ərazi ilk partiya təşkilatının sədri İlham Əliyev və “Əmək normaçıları” (SOCAR-ın Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin baş ofisi) ərazi ilk partiya təşkilatının sədri Telman Məhəmmədov ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumat veriblər. Məlumatlar müzakirələrdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub.
Daha sonra yeni təsis olunmuş ərazi ilk partiya təşkilatları - “Gənclər Fondu”, “Milli Kitabxana” və “Şıx Sanatoriyası” ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılıb, bu yeni ərazi illik partiya təşkilatlarının rayon təşkilatının qeydiyyatına alınması haqqında qərar yekdilliklə qəbul edilib.
Sonra “Xəzər dənizçiləri” (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC) ərazi ilk partiya təşkilatının sədri İzafət Məmmədov 25 iyun dənizçilərin peşə bayramı - “Dənizçi günü” münasibətilə rayon təşkilatının fəxri fərmanı ilə təltif olunub.
Sonda cari məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

