Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında seminar treninq keçirilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında seminar treninq keçirilib

13.07.2017 [09:51]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında ilk dəfə seçilmiş ərazi ilk partiya təşkilat sədrləri ilə seminar treninq keçirilib. Seminarda çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov partiyanın tarixi, keçdiyi şərəfli yol ilə bağlı məlumat verib. Qeyd olunub ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun və uğurla davam etdirilir. Bildirilib ki, həyata keçirilən dövlət siyasəti ölkəmizin inkişafında əhəmiyyətli rol oynayıb. YAP Sumqayıt şəhər təşkilatının da öz işini partiyanın Nizamnaməsinə uyğun şəkildə qurduğunu dilə gətirən V.Ənsərov qarşıda duran vəzifələr haqqında danışıb.
Daha sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatının təşkilat şöbəsinin təlimatçısı Elbrus Səlimov, ümumi protokol uçot şöbəsinin müdiri Arifə Abdullayeva seminar iştirakçılarını partiya sıralarına yeni üzvlərin qəbulu işinin təşkili, o cümlədən üzvlük haqlarının toplanması ilə bağlı məlumatlandırıb, lazımı sənədlərlə tanış ediblər. Daha sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
PƏRVİZ

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30