YAP Ağstafa rayon təşkilatında tədbir keçirilib
30.09.2017 [11:56]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar Ağstafa rayonu Aşıq Alı adına Mədəniyyət Evində “Mədəni irsimizin dünyada təbliğində Yeni Azərbaycan Partiyasının Sədr müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu” mövzusunda tədbir keçirilib. Tədbiri YAP Ağstafa rayon təşkilatının sədr müavini Lalə Eyyubova açaraq bildirib ki, yarandığı vaxtdan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qüdrətlənməsinə, inkişafına, güclənməsinə yönələn misilsiz xidmətlərlə zəngin bir yol keçib: “Bu yolda fədakarlıq göstərənlərdən biri də dünyanın hansı ölkəsində olursa olsun Azərbaycanımızın zəngin mədəni irsini təbliğ edən, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında yorulmadan çalışan Yeni Azərbaycan Partiyasının Sədr müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevadır”.
YAP Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova da çıxışında Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən söz açıb: “O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, birinci xanım yükünü elə-belə sadəcə daşımır, ölkənin Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir, milli-mədəni irsimizin dünyada təbliğində təmənnasız xidmətlər göstərir”.
YAP Ağstafa rayon təşkilatının Şura üzvləri Fatma Vəliyeva, Ləman Cəlilova, əməkdar müəllimələr İndra Səmədova, Sevda Əliyeva, Uşaq xəstəxanası ərazi ilk partiya təşkilatının sədri İradə Batıyeva, Dağkəsəmən kənd tam orta məktəbinin müəllimi Dürdanə Mahmudova və digər çıxış edənlər Mehriban xanım Əliyevanın mədəni irsimizin dünyada təbliğində və tanınmasında gördüyü misilsiz xidmətlərindən danışıblar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

