Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın 25-ci ildönümü münasibətilə Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

YAP-ın 25-ci ildönümü münasibətilə Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

13.10.2017 [10:11]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 150-dən çox müxtəlif növ ağac və kollar əkilib.
Məqsəd ərazidəki yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.
Ağacəkmə aksiyasından sonra Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri ilə görüş olub.
Aksiyada Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və rayon rəhbərliyi iştirak ediblər.

Paylaş:
Baxılıb: 845 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30