Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

09.11.2017 [01:38]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək YAP-ın keçdiyi şərəfli yol və qazandığı uğurlar haqqında məlumat verib. F.Şadlinskaya bildirib ki, müstəqil Azərbaycanın ötən müddət ərzində keçdiyi şərəfli yüksəliş yolu YAP-ın fəaliyyət salnaməsidir: “Ümummilli lider Heydər Əliyevin ideyalarını dönmədən uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrliyi ilə YAP iqtidar partiyası olaraq Azərbaycanın əldə etdiyi uğurların müəllifidir və gələcəyə inamın, daha böyük uğurların, mühüm zəfərlərin təminatçısıdır”.
Tədbirdə həmçinin YAP fəallarından Ədibə Əhmədova, Qulam Eyvazov, Səbuhi Qasımov, Tofiqə Məmmədova və “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan tarixinin bələdçisidir” adlı inşa yazı müsabiqəsinin qalibi, şəhər 3 saylı tam orta məktəbin şagirdi Ayşən Camalzadə çıxış edərək YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən, partiyanın genişmiqyaslı fəaliyyətindən danışıblar.
Sonra YAP Bərdə rayon təşkilatı tərəfindən bir qrup partiya fəalına Fəxri fərman və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Eyni zamanda, YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə partiya üzvləri və məktəblilər arasında keçirilmiş “Breyn-rinq” intellektual bilik, mini-futbol, 100 metr məsafəyə qaçış üzrə yarışların və inşa yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirin sonunda Bərdə şəhəri 2 saylı Uşaq Musiqi və 3 saylı tam orta məktəblərinin şagirdləri Yeni Azərbaycan Partiyasının yaranmasının 25-cü ildönümü ilə bağlı kompozisiya nümayiş etdiriblər.

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30