Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Yanvar tariximizə həm də Azərbaycan xalqının qəhrəmanlıq günü kimi daxil olub

20 Yanvar tariximizə həm də Azərbaycan xalqının qəhrəmanlıq günü kimi daxil olub

19.01.2018 [10:11]

Yevlaxda “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda anım tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı 20 Yanvar faciəsinin 28-cı ildönümü ilə əlaqədar Yevlax şəhər Mədəniyyət Mərkəzi ilə birlikdə tədbir keçirib. “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda keçirilən tədbirdə öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qanlı Yanvardan bəhs edən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib. Eldəniz Mustafayev 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdi.
Sonra Bərdə regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Rafiq Məmmədov “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda geniş məruzə edib. Məruzə ətrafında çıxış edən YAP Yevlax rayon təşkilatı İdarə Heyətinin üzvü Rafiq Əliyev, həmin qanlı gecənin şahidləri Cahid Nəbiyev, Fəridə Həsənova və digər natiqlər bildiriblər ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil oldu.
Bildirilib ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsinə ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, bu gün də 20 Yanvar şəhidlərinin xatirəsinin ölkə başçısı İlham Əliyev tərəfindən əziz tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərildiyini vurğulayan natiqlər, eyni zamanda, bildiriblər ki, qəhrəmanlıq tariximizi təbliğ etmək, onu gələcək nəsillərə ötürmək bizim şərəf borcumuzdur. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsinin yeni nəslin milli ruhda tərbiyə olunmasında rolu böyükdür. Sonda tədbirdə iştirak edən 170 nəfərə YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış və 20 Yanvar faciəsini əks etdirən bukletlər paylanıb.
NADİR

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30