Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir

YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir

24.01.2018 [10:11]

Təhsildə nailiyyət qazanan bir qrup tələbə-gəncə partiyanın təqaüdü verilir
Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar dövlət gənclər siyasətinin mühüm elementlərindən birini təşkil edir. Gəncliyin inkişafına Yeni Azərbaycan Partiyası (YAP) da böyük töhfələr verməkdədir. YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkşafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Qeyd edək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Daha sonra Heydər Əliyev Fondu da bu layihəyə qoşulub. Müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, YAP bəyan edib ki, əgər müsabiqənin qalibləri (I, II və III yerin qalibləri) dövlət ali məktəblərinə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək təqaüd veriləcək. Artıq YAP-ın təqaüdünü alanların sayı 40 nəfərdən çoxdur, bu təqaüdü alanlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının növbəti təcəssümüdür.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş inşa-yazı müsabiqəsi 2017-ci ildə “Ən yaxşı təqdimat” adı ilə keçirilib və bu müsabiqədə də yüzlərlə məktəbli iştirak edib. Müsabiqənin yekun mərhələsində qalib olan şagirdlər may ayında “Gülüstan” sarayında keçirilən mərasimdə mükafatlandırılıblar. 2017-2018-ci il qəbul imtahanları zamanı isə müsabiqənin qalibi olmuş 11 gənc dövlət ali məktəblərinə qəbul olunduğu üçün Yeni Azərbaycan Partiyasının tələbə təqaüdünə layiq görülüb.
Həmsöhbətimiz olan təqaüdün sahibləri də YAP tərəfindən təqaüdə layiq görülmələrindən qürur duyduqlarını bildiriblər. Murad Akif oğlu Orucov da bu sevinci yaşayan tələbə-gənclərdən biridir. Qeyd edək ki, Murad Orucov 2001-ci ilin fevral ayında Bakı şəhərində dünyaya gəlib. 2007-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxumağa başlayıb və 2017-ci ildə bu təhsil ocağını (ingilis dili bölməsini) Qızıl medalla bitirib. Təhsil aldığı müddətdə Murad müxtəlif olimpiada və bilik yarışlarında fəal iştirak edib və uğurlar qazanıb. Məsələn, 2015-ci ildə 9-11-ci sinif şagirdləri arasında keçirilən “Sabahın qalibləri” dördüncü ümumrespublika müsabiqəsində II yerin qalibi olub. 2016-cı ildə isə o, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin 2-ci dərəcəli diplomu ilə təltif olunub. Həmin müsabiqədə iştirak ilə bağlı M.Orucov bunları deyib: “Müsabiqənin keçirilməsi haqqında bizə məktəbdə məlumat verilmişdi. Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. “Gülüstan” sarayında keçirilən mükafatlandırılma mərasimində həvəslə iştirak etdim. Hədiyyə və diplom aldım. Mərasimdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov müsabiqənin qaliblərini təbrik edərkən bizim üçün sevindirici olan bir xəbəri də bildirdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli Əhmədov həmçinin müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini də qeyd etdi”.
Beləliklə, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbələrini də stimullaşdırıb: “Məlum oldu ki, əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımdır. Yəni bu təqaüdü almaq üçün daha çox çalışmalı, müsabiqədə qazandığım nailiyyətə layiq olmalıydım. Axı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı təsis edilən təqaüdün sahibi olmağa namizəd idim və bu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də buna layiq olduğumu sübut etməli idim”.
Bu çalışqanlıq, məsuliyyət nəticə verib. Murad 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarında yüksək nəticə göstərib, 683 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, YAP-ın təqaüdü ilə yanaşı, universitetin əlaçı təqaüdünü də alır. M.Orucovun gələcək hədəfi isə yüksək ali təhsil alıb öz bilik və bacarığı ilə savadlı bir hüquqşünas kimi dövlətimizə xidmət etməkdir.
Əlbəttə ki, M.Orucov indiyə qədər qazandığı uğurlarda valideynlərinin və müəllimlərinin əməyini xüsusi qiymətləndirir və bundan sonra da onların göstərdiyi əməyi doğrultmağa çalışacağını deyib. Murad həmçinin 18 yaşı tamam olduqdan sonra Yeni Azərbaycan Partiyasının üzvü olmağı da düşünür: “Artıq bu haqda indidən qərar vermişəm. Çünki Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyaya üzv olmaq mənim üçün fəxrdir. Bu gün isə YAP-ın təqaüdünü almaq mənim üçün mənəvi məsuliyyətdir”.
Onu da qeyd edək ki, M.Orucov uşaq yaşlarından idmanla da fəal məşğul olur. O, 7 yaşından etibarən idmanın karate növü ilə məşğul olur və 2017-ci ildə yeniyetmələr arasında keçirilən çempionatda respublika birincisi olub. Hazırda isə karate üzrə Azərbaycanın milli komandasının üzvüdür. Murad idman sahəsində də beynəlxalq yarışlarda iştirak edib Azərbaycan bayrağını zirvələrə qaldırmaq arzusundadır.
YAP-ın tələbə təqaüdçüləri arasında Aytəkin Qurban qızı Hacıyeva da var.
Aytəkin 1999-cu ilin oktyabr ayında Ağcabədi rayonunun Köyük kəndində anadan olub. Orta təhsilini də Köyük kənd orta məktəbində alıb. A.Hacıyeva da orta məktəbdə oxuduğu illərdə müxtəlif bilik yarışlarında və ictimai-mədəni tədbirlərdə fəal iştirak edib. O, oxuduğu müddətdə məktəbin ən nümunəvi şagirdlərindən biri olub. Aytəkin 2015-ci ildə “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində iştirak edib. “Üç mərhələdə təşkil olunmuş müsabiqənin iki mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə keçdim. Müsabiqənin üçüncü mərhələsi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseyin binasında keçirildi. Mən “Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu Azərbaycan gəncləri üçün parlaq həyat nümunəsidir” nominasiyası üzrə qələbə qazanaraq respublika birincisi oldum. Mən dahi şəxsiyyət haqqında düşündüklərimi, müstəqil fikirlərimi yazmışam. Ümummilli liderimizin xatirəsinə həsr edilən müsabiqədə qaliblərdən biri olmağımla fəxr edirəm” - deyə A.Hacıyeva vurğulayıb. Aytəkin 2016-cı ildə də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən müsabiqədə iştirak edərək dördüncü yerə layiq görülüb.
2017-ci ildə Köyük kənd orta məktəbini bitirən A.Hacıyeva ali məktəbə qəbul imtahanı zamanı 680 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə daxil olub. Hazırda bu ali məktəbin birinci kurs tələbəsidir. Aytəkin də müsabiqənin qaliblərindən biri kimi ali məktəbə qəbul olunduğu üçün YAP-ın təqaüdünü alır. “Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir təşkilatın təsis etdiyi təqaüdün sahibi olmaq şərəfli, qürurvericidir” - deyən A.Hacıyeva qazandığı biliklə, savadla ölkəmizə xidmət edəcəyinə inanır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının maddi və mənəvi dəstəyi bu yolda ona əlavə güc verir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30