Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatı növbəti ağacəkmə aksiyası keçirib

YAP Nərimanov rayon təşkilatı növbəti ağacəkmə aksiyası keçirib

26.01.2018 [10:08]

Yeni Azərbaycan Partiyasının (YAP) “700 min ağac əkək” kampaniyası çərçivəsində və YAP Nərimanov rayon təşkilatının yaranmasının 25 illiyi münasibəti ilə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 54 ünvanında yerləşən yaşıllıq zolağında növbəti aksiya həyata keçirilib. “700 min ağac əkək” kampaniyası çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı, təşkilatın əməkdaşları və fəal gənclər iştirak ediblər. Aksiyada 150-dən çox şam və müxtəlif növ digər ağac və kollar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Partiya üzvlərinin sayına müvafiq olaraq 700 mindən artıq ağac əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.

Paylaş:
Baxılıb: 951 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30