Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tovuzlular 11 apreldə cənab İlham Əliyevə səs verəcəklər!

Tovuzlular 11 apreldə cənab İlham Əliyevə səs verəcəklər!

29.03.2018 [10:27]

Bu fikir cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunda keçirilən izdihamlı mitinqdə bir daha ifadə olunub
11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz şəhər stadionunda izdihamlı mitinq keçirilib. Mitinqdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının təbliğat-təşviqat qrupunun üzvləri - Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü professor Rafiq Məmmədhəsənov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Milli Məclisin deputatı Qənirə Paşayeva, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə çıxış ediblər. Çıxış edən natiqlər son on beş il ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlardan bəhs edib, bu illər ərzində ayrı-ayrı sahələrdə baş vermiş yüksəliş, inkişaf və tərəqqini faktlar və rəqəmlərlə diqqətə çatdırıblar. Bildirilib ki, son 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər də təsdiq edir ki, cənab İlham Əliyev xalqın etimadını layiqincə doğruldur, 2003-cü ildən Azərbaycan öz inkişaf tarixinə yeni parlaq səhifələr yazıb.
Çıxışçılar həmçinin növbəti illərdə ölkəmizin qarşısında duran hədəflərdən də danışıblar.
Tədbirdə çıxışçılar hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına və İlham Əliyev siyasətinə sədaqətləri ilə seçilən tovuzluların qarşıdakı yeddi il ərzində də öz talelərini bu siyasətə bağlayacaqlarına, 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30