Qaradağ rayonunda Laçından olan seçicilərlə görüş keçirilib
31.03.2018 [09:30]
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunda məskunlaşmış laçınlı seçicilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının və YAP Mərkəzi Seçki Qərargahı Laçın rayon şöbəsinin sədri İlqar İlyasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan geniş bəhs edib. "Azərbaycanın iqtisadi uğurları günbəgün artır və iqtisadi potensialın artması ilə ölkəmizin ictimai-siyasi sabitliyinin möhkəmlənməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təxirəsalınmaz işlər görülür", - deyə İ.İlyasov vurğulayıb. Fikirlərinə davam edən YAP rayon təşkilatının rəsmisi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan irimiqyaslı layihələr barədə də məlumat verib. Bu layihələrin ölkənin güclənməsi, infrastruktur təminatının möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət daşıdığını deyən YAP Laçın rayon təşkilatının sədri İ.İlyasov bütün seçiciləri qarşıdan gələn prezident seçkilərində dövlətimizin inkişafı, milli təhlükəsizliyin təmin olunması naminə cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, cənab Prezidentin gördüyü işlər ölkəmizin inkişafına və xalqımızın xoşbəxtliyinə xidmət edib. "Ölkəmizə yönəldilən irihəcmli sərmayələr də bu inkişafın, ictimai-siyasi sabitliyin nəticəsidir. Bu baxımdan cənab İlham Əliyevin iqtisadi islahatları gələcəyə istiqamətlənmiş, uzaqgörən və müdrik siyasi xəttin mühüm tərkib hissəsidir. Bütün bunlara görə də bütün seçiciləri aprelin 11-də cənab İlham Əliyevə səs verməyə çağırıram",-deyə Milli Məclisin deputatı vurğulayıb.
Görüşdə çıxış edən bir qrup rayon ziyalıları və ağsaqqalları - Murad Hüseynov, Güllü İbadova, İbrahim Məmmədov, Vaqif İsmayılov, Tahir Bayramov və digərləri prezident seçkilərində fəal iştirak edəcəklərini və dövlət başçısı, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə dəstək göstərəcəklərini söyləyiblər. Çıxış edənlər bütün seçiciləri bir daha prezident seçkilərində yüksək fəallıq göstərməyə və dövlət başçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

