Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlax rayonunun Kövər və Malbinəsi kəndlərində seçicilərlə görüş keçirilib

Yevlax rayonunun Kövər və Malbinəsi kəndlərində seçicilərlə görüş keçirilib

04.04.2018 [10:22]

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüşlər rayonun Kövər və Malbinəsi kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov öncə qarşıdan gələn prezident seçkiləri haqqında məlumat verib. Natiq qeyd edib ki, son 15 ildə ölkəmizdə məqsədyönlü sosial siyasətin həyata keçirilməsi öz müsbət bəhrəsini verib. Eyni zamanda paytaxtda və regionlarda yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, işsizliyin səviyyəsinin minimuma endirilməsinə səbəb olub.
Sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, 2003-2018-ci illər Azərbaycanın ən yeni tarixinə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, ölkəmiz bütün dünyada sabitlik adası kimi tanınıb: “Mən inanıram ki, hər bir yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcək”.
YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova vurğulayıb ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində hər bir azərbaycanlı kimi yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcək.
Sonra çıxış edən Prezident təqaüdçüsü Şamama Əliyeva və başqaları bildiriblər ki, bu gün Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 apreldə seçkilərə gələrək hər bir yevlaxlı cənab İlham Əliyevə səs verəcək.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30