YAP Nəsimi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
05.04.2018 [10:25]
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib.
Görüşü YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib. “Azərbaycan dövlətinin gender siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan qadını daim dövlətin diqqət və qayğısından bəhrələnib. Mən seçiciləri aprelin 11-də seçki məntəqələrinə gəlməyə və liderimiz cənab İlham Əliyevə səs verməyə çağırıram”, - deyə M.İbrahimqızı söyləyib.
Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib. O, cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlərin real həyatda öz əksini tapdığını xatırladaraq bütün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Öz növbəsində, millət vəkili, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Fətəliyeva çıxış edərək bildirib ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Onun sözlərinə görə, Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında yer alıb. Millət vəkili Nəsimi rayonunun qadın seçicilərini Ulu öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib. Sonda qadın seçicilər yekdilliklə aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58

