Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rauf Əliyev: Ölkəmizin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb

Rauf Əliyev: Ölkəmizin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb

10.03.2021 [08:51]

“Ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib.
Rauf Əliyev bildirib ki, ölkəmizin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır: “Yeni Azərbaycan Partiyasının VII Qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu fakt Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII Qurultayındakı nitqində qeyd edib ki, bizim dost partiyaların bu gün bizə qoşulması çox önəmli, əlamətdar hadisədir”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında mühüm rol oynayıb və qazanılan bu Qələbə ölkədə milli birliyi daha da gücləndirib: “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat, öz ailəsində, öz doğma torpaqlarında hiss edirlər. Xalqlar arasında dostluq, mehriban münasibətlər Azərbaycan xalqının böyük sərvətidir. Biz bunu daim qorumalıyıq. Bu siyasət xalqımız tərəfindən qəbul edilir və daim dəstəklənir. Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yerdə fədakarlıq, qəhrəmanlıq göstərib, vətən uğrunda şəhid olublar, Azərbaycan bayrağı altında döyüşüb, qəhrəmanlıq nümunələri göstərərək, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa ediblər”.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31