Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

19.03.2021 [09:24]

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının İdarə Heyətinin videoformatda iclası keçirilib. İclasda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov və partiya rayon təşkilatının İdarə Heyətinin üzvləri iştirak ediblər. İclasda çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin ölkəmizin inkişafında yeni mərhələ yaratdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması tariximizin ən əlamətdar səhifələrindəndir. R.Nağıyev Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu bildirib. Qeyd edilib ki, YAP Gədəbəy rayon təşkilatı mütəmadi olaraq rayondakı şəhid ailələri ilə görüşlər keçirir, onların problemləri ilə yaxından tanış olur.
İclasda çıxış edən YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin üzvləri Kərəm Məmmədov, Natiq Nağıyev, Məlahət Əliyeva, Namiq Rüstəmov və başqaları gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31