Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələri bundan sonra uğurla davam edəcək
20.06.2023 [10:54]
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş Türkiyədə keçirilən növbəti prezident seçkilərində parlaq qələbə qazanmasından sonra Azərbaycana rəsmi səfəri olduqca maraqlı və yaddaqalan oldu. Hər iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin təkbətək və geniş tərkibli görüşlərində bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və mətbuata bəyanatla çıxışlar edildi. Məsələ ilə bağlı mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə səfərin olduqca mühüm tarixi və siyasi əhəmiyyəti var. Xüsusilə qeyd etmək lazımdır ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu imkanlar dövlətlərimizin və xalqlarımızın gələcək inkişafına mühüm töhfə olacaq.
Səfərin tarixinin Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə salınması isə səfərin əhəmiyyətini daha da artırmaqla yanaşı, bütün dünyaya önəmli bir mesajdır: “Çünki Şuşa bəyannaməsinin imzalanması dövlətlərimiz arasındakı münasibətlərin ən mühüm mərhələsini və onun uğurlu nəticəsini özündə ehtiva edir. Şuşa bəyannaməsi bütün sahələrdə sağlam təməllər üzərində qurulan, ölkələrimizin siyasi, diplomatik, iqtisadi, beynəlxalq və digər sahələrdə müttəffiqliyini özündə əsk etdirir. Azərbaycanla qardaş Türkiyənin müttəfiqliyini rəsmi qaydada əks etdirən bu bəyannamə dövlətlərimizin və xalqlarımızın maraqlarına tam cavab verir və gələcək perspektivdə digər bütün sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsinə əsaslı zəmin yaradır”.
Fəxrlə qeyd etməliyik ki, bu gün dünyada gərgin proseslərin, qarşıdurmaların baş verdiyi bir zamanda Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bizim qardaşlıq və dostluq əlaqələrimizin sözsüz ki, tarixi əsasları var. Lakin dövlət başçıları Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin bu əlaqələrimizin müttəfiqlik səviyyəsinə yüksəlməsində misilsiz xidmətləri var. Hər iki siyasi lider sağlam təməllər üzərində qurulan əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində əzmlə və səylə çalışmış, dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun bir şəkildə qurulmasında qətiyyətli mövqe göstərmişdir.
Türkiyə və Azərbaycan kədərli və sevincli günlərində daim birlikdə olub, həmrəylik nümayiş etdirib. İstər Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın haqlı mübarizəsinə, istərsə də qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ fəlakəti zamanı Azərbaycanın verdiyi dəstək bu qardaşlığın sözdə deyil, əməldə olduğunu göstərir. Həmçinin Azərbaycan işğaldan azad edilən tarixi ərazilərimizdə həyata keçirdiyi infrastruktur layihələrinin icrasında da qardaş Türkiyə dövləti ilə birgə addımlayır.
İnanırıq və əminik ki, Türkiyə və Azərbaycan iki qardaş ölkələr olaraq “Bir millət, iki dövlət” şüarı ilə indiyə qədər addımladığı kimi, bundan sonra da qətiyyətli şəkildə yoluna davam edəcək və bütün siyasi, diplomatik və hərbi sahələrdəki əməkdaşlığını qoruyub-saxlayacaq. Xüsusilə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

