«Təhsilli qadın: təhsilli ailə, təhsilli cəmiyyət” mövzusunda tədbir keçirilib
06.10.2023 [17:16]
Oktyabrınn 6-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Təhsilli qadın: təhsilli ailə, təhsilli cəmiyyət” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Yasamal rayonunda yerləşən Şəhidlər Xatirə Kompleksinin və Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb.
YAP Yasamal rayon təşkilatında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, təhsilli qadınların cəmiyyət həyatında rolu müstəsna əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyə gəldikdən sonra Azərbaycanda cəmiyyətin inkişafında qadınların rolu artmağa başlayıb. Müstəqil Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva isə qeyd edib ki, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Bu da Heydər Əliyev siyasətinin təntənəsidir. Onun sözlərinə görə, ölkəmizin inkişafında qadınlar böyük rol oynayırlar. Bu il Azərbaycanda “Heydər Əliyev İli”nin qeyd olundğunu xatırladan Z.Musayeva deyib ki, Ulu Öndərimizin anadan olmasının 100-cü ildönümü xalqımız üçün əlamətdar hadisələrlə zəngindir.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirib. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir. A.Sofiyevanın sözlərinə görə, Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə qızların təhsilinə dəstək məqsədilə birgə layihələr həyata keçirir. Uğurlarla yanaşı bəzi problemlərin olduğunu deyən Komitə sədrinin müavini bu problemlər sırasında bölgələrdə erkən nikah və qızların təhsildən yayındırılmasını vurğulayıb. O, bu istiqamətdə davamlı olaraq maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor Rəna Mirzəzadə isə çıxışında cəmiyyətimizdə gender bərabərliyinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə daha sonra Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclis Aparatının Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi Aynur Veysəlova-Abbasova, 44 günlük Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı, BDU-nun filologiya fakültəsinin I kurs tələbəsi Nigar Ağamalıyeva, Vətən müharibəsi şəhidi, Silahlı Qüvvələrinin kiçik giziri Şahmar Mənəfovun həyat yoldaşı, 53 saylı orta məktəbin müəllimi Bəyim Mənafova, BDU-nun III kurs tələbəsi Nəzirə Dursunova və BDU-nun I kurs tələbəsi Nuranə Payızova çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkəmizin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, tibb sahəsində fəaliyyət göstərən həkimlərin isə üçdə ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını zərif cinsin nümayəndələri təşkil edir. Diqqətə çatdırılıb ki, qadınların elmin inkişafında da müstəsna rolu var. Belə ki, elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Qeyd olunub ki, qadınların təhsilli olması, onların ailədə təlim-tərbiyəsi vətənpərvər nəslin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bu fakt ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda gedən müqəddəs mübarizədə bir daha təsdiqləndi.
Sonra ali məktəblərə qəbul olunmuş qadınlara mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

