DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək.
“Yeni Azərbaycan” AFFA-nın saytına istinadən xəbər verir ki, hər iki qarşılaşmanı idarə edəcək hakimlərin adları açıqlanıb: Belə ki, yanvarın 21-də Bakı İdman Sarayında baş tutacaq Azərbaycan - Özbəkistan matçına Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov hakimlik edəcəklər.
Növbəti qarşılaşma isə yanvarın 22-də baş tutacaq. Sözügedən yoldaşlıq oyununa isə Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Fuad Həsənov hakimlik edəcəklər.
MÜŞFİQƏ