Bir ilə yaxın müddətdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 3 minədək konteyner və vaqon daşınıb.
AZƏRTAC verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir həftə əvvəl Gürcüstan ilə Azərbaycanın dəmir yolları şirkətləri BTQ-nin istismarı ilə bağlı təlimat imzalayıblar.