Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar olub.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.
Onun sözlərinə görə, XRİTDX-in mütəxəssisləri onların qarşısını alır: “Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk”.