Həştərxanda yaşayış binasında yanğın baş verib, ölənlər və yaralananlar var

Həştərxanda yaşayış binasında yanğın baş verib, ölənlər və yaralananlar var

Rusiyanın Həştərxan şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti bildirib.

İlkin məlumata görə, hadisə məişət qazının partlaması nəticəsində baş verib. İki nəfər xilas, 70 nəfər təxliyə edilib.

Partlayışdan sonra yanğın başlayıb. Yanğın nəzarət altına alınıb.