İlon Mask bu gün Beynəlxalq Astronavtika Konqresində onlayn çıxış edəcək

İlon Mask bu gün Beynəlxalq Astronavtika Konqresində onlayn çıxış edəcək

“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.