Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərimizlə işğala son qoyulduqdan sonra ölkəmizin qarşısında yeni dövr açılıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, müasir tariximizdə və inkişafımızın yeni dövründə qarşıda yeni vəzifələr dayanır.
Onun sözlərinə görə, ötən il ÜDM-in həcmi 123 milyard manat təşkil edib. Hər adambaşı düşən ÜDM 12,1 manat olub. Eyni zamanda, qeyri-neft sənayesi 8 faiz artıb.