Bayramqabağı Bakı və ətraf rayonlarında turizm sahəsində müxtəlif hazırlıqlar görülür və otellərin mövsümə uyğun açılışı baş tutur.
Turizm üzrə ekspert Kənan Hənifəyev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, şimal, şimal-qərb və cənub zonasında artıq otellər mövsümə uyğun öz fəaliyyətinə başlayıb: "İstirahət mərkəzləri və otellər Novruz bayramı ilə əlaqədar öz qiymətlərini açıqlayıblar. Hal- hazırda bayramla bağlı paketlərin qiyməti müxtəlifdir. Çox zaman 2 və 3 gecə olmaq şərti ilə tur paketlər adam başı 80 manatdan başlayır".
Ekspert bildirir ki, Ramazan ayı olduğuna görə Novruz bayramına az müddət qalmağına baxmayaraq regiondakı otellərin satış faizi ötən illə müqayisədə aşağı qiymət təşkil edir: "Düşünürük ki, bayrama son günlər qalmış satışlar çox olacaq. Yay mövsümində isə gözləntilərimiz daha böyükdür. Hər il olduğu kimi, həm yerli və də xarici turist axını olacağına ümid edirik. Hər il Şimal-qərb istiqamətində olan otellərdə satış 80 faizə qədər həyata keçirilir. Həmçinin yay mövsümində Asiya bazarından da qonaqların gəlişini gözləyirik".
Havar Şəfiyeva