Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişdi

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişdi

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Qurum xəbər verir ki, iclasda uçot dərəcəsi 7,5 faiz bəndi artırılaraq 17,5 %-dən 25 %-ə qaldırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il iyulun 20-də keçirilmiş iclasında 15%-dən 17,5 %-ə çatdırılmışdı.