“Azercell”in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
08.05.2025 [12:49]
Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi tərəfdaşı qismində çıxış edib. Qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı bu tədbir çərçivəsində “Azercell”in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Panel zamanı korporativ tərəfdaşlıqların sosial təsiri, gənclər arasında sağlam həyat tərzinin təşviqi və idman dəyərlərinin cəmiyyətə inteqrasiyası mövzularında müzakirələr aparılıb.
“Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərimin moderatorluğu ilə keçirilən paneldə “Azercell”in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış ediblər.
Sona Abbasova “Azercell”in Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığının dərin və mənalı bir missiyaya əsaslandığını bildirib. O, bu əməkdaşlığın dürüstlük, tərəfdaşlıq və insanlara xidmət kimi ortaq dəyərlər üzərində qurulduğunu və məhz bu dəyərlərin “Qızlara ağ yaraşır” kimi yüksək ictimai təsirə malik sosial təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdığını qeyd edib. Sona Abbasova, həmçinin, “Azercell”in dəyər əsaslı əməkdaşlıqlar vasitəsilə cəmiyyətə müsbət təsir göstərmək öhdəliyinin gələcəkdə də davam edəcəyini vurğulayıb.
Rəşad Rəsullu öz növbəsində “Azercell”lə birgə reallaşdırılan daha bir sosial kampaniya olan “Söz verirəm” layihəsinin əhəmiyyətindən danışıb: “Bu təşəbbüs cüdoya olan marağı artırmaq və sağlam həyat tərzini təbliğ etməklə yanaşı, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama mövzusuna toxunur. Layihə vasitəsilə bu problemə diqqət çəkmək istədik, çünki cüdonun təməlində dayanan hörmət, dürüstlük, əzm və dostluq kimi dəyərlər gənclərin formalaşmasında mühüm rol oynayır”.
Tanınmış rep ifaçısı Orxan Zeynallı isə çıxışında “Azercell” və Cüdo Federasiyanın əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Doğru yol budur” adlı daha bir kampaniya üçün bəstələyib ifa etdiyi əsərindən danışıb. İfaçı musiqinin gənclərə təsirini önə çəkərək, - “Bu layihədə ilk dəstəkçimiz musiqi oldu, çünki musiqi özünüifadə və sosial dəyişiklik üçün güclü vasitəsidir. Bu kampaniya vasitəsilə biz gəncləri zərərli vərdişlərdən uzaq durmağa və doğru seçimlər etməyə təşviq edirik”, - deyə bildirib.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi “Azercell” səhifəsinə daxil olun.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

