/ / “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
19.02.2026 [12:16]
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” ötən il ərzində uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində fəaliyyətini davam etdirib. 2025-ci ildə qaynar xəttə ümumilikdə 5520 müraciət daxil olub.
Müraciətlər xidmət tərəfindən sistemli şəkildə təhlil edilib, risklərin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə erkən müdaxilə mexanizmləri işə salınıb. Bu çərçivədə 127 ailəyə birbaşa səfər təşkil edilib, hər bir hal üzrə sosial qiymətləndirmə aparılıb, onlayn konsultasiyalar və ödənişsiz hüquqi dəstək təmin olunub.
Həmçinin fərdi hallar üzrə uşaqlarla ayrıca görüşlər təşkil edilib, dövlət qurumları ilə multidissiplinar əməkdaşlıq çərçivəsində koordinasiyalı iş aparılıb, qrup terapiyaları həyata keçirilib. Ümumilikdə görülən tədbirlər konkret müraciətlərin həlli ilə yanaşı, uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılmasına, təhlükəsiz mühitin təşviqinə və qaynar xəttin əlçatanlığının genişləndirilməsinə xidmət edib.
Müraciətlərin təsnifatına gəldikdə, onların əhəmiyyətli hissəsi uşaqların psixoloji və sosial rifahı ilə bağlı olub. 1605 müraciət psixoloji problemlər, 823 müraciət sosial məsələlər, 808-i isə zorakılıq halları ilə əlaqəli olub. Qeyd edək ki, zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 120, qısnama (bullinq) ilə bağlı 53 müraciət qeydə alınıb.
2025-ci il ərzində uşaqların istismarı və həssas vəziyyətindən sui-istifadə hallarına dair ümumilikdə 165 müraciət qeydə alınıb. Bunların 60-ı erkən nikah, 54-ü təhlükəli ailə mühitini tərk etmə, 44-ü dilənməyə məcbur edilmə, 7-si isə əməyin istismarı hallarını əhatə edib.
Bundan əlavə, sosial sahə üzrə müraciətlərdən 168-i sığınacaqla təmin olunma, 76-sı isə intihar düşüncələri və təşəbbüs cəhdləri üzrə qeydə alınıb ki, bu da psixoloji dəstəyə olan ehtiyacın aktuallığını göstərir.
Hüquqi yardım üzrə 730, təhsil sahəsi üzrə 302, səhiyyə hüququ üzrə isə 56 müraciət daxil olub. Digər müraciətlər isə ümumi xarakterli suallar və xidmət barədə məlumat sorğularını əhatə edib.
Statistik göstəricilərə əsasən, daxil olan müraciətlərin 2995-i qadın, 1541-i kişi tərəfindən, 984-ü isə anonim şəkildə edilib. Yaş bölgüsünə gəldikdə, ümumilikdə 2025-ci ildə qeydə alınan müraciətlərin 3754-ü 15–18 yaş, 1324-ü 11–14 yaş, 442-si isə 10 yaşa qədər olan uşaqlarla bağlı olub.
“Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmayıb. Qaynar xətt 2025-ci il ərzində məktəblərdə və onlayn platformalarda maarifləndirmə kampaniyaları da təşkil edib.
2010-cu ildən fəaliyyət göstərən qaynar xətt xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar və onların problemləri ilə bağlı müraciət edən şəxslər üçün nəzərdə tutulub. Xidmət çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərməyi hədəfləyir. Dəstək Xəttin əsas prinsipi məxfiliyin qorunmasıdır. Daxil olan məlumatlar yalnız zəruri hallarda və müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.
Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, rəsmi internet səhifəsi, sosial şəbəkələr və mobil tətbiqlər vasitəsilə xidmət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə ümumilikdə 81000-dən çox müraciət daxil olub. Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

