“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir
23.02.2026 [13:27]
Sərfəli mobil operator Nar-ın dəstəyi ilə həyata keçirilən “Hüquqlarınla parla!” layihəsinin yekun tədbirləri baş tutub. Layihə uşaq hüquqlarının təşviqi, məktəblilərin hüquqi biliklərinin artırılması və onların analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Təşəbbüs çərçivəsində təşkil edilən fəaliyyətlərdə Bakı və regionlardan olan məktəblilər, o cümlədən həssas kateqoriyadan olan uşaqlar aktiv iştirak ediblər.
Tədbirin ilk günü “Regional İnkişaf” İctimai Birliyinin ofisində ekspertlərin iştirakı ilə keys müzakirələri keçirilib, iştirakçılar real və simulyativ situasiyalar üzrə həll strategiyalarını təqdim ediblər. Təqdimatlardan sonra səsvermə olub və analitik yanaşma, təklif olunan həll strategiyalarının əsaslandırılması, təqdimat bacarıqları və komanda işi meyarları əsasında ekspertlər tərəfindən ən yaxşı 3 komanda müəyyən edilib. Yekun mərasim isə T. İsmayılov adına 6 saylı məktəb-liseyində baş tutub.Tədbirin davamında təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün keçirilən keys müsabiqəsində ekspertlərin səsverməsi ilə seçilən qalib komandalar hədiyyə və diplomlarla, iştirak edən məktəblilər isə sertifikatlarla təltif olunub.
Layihə çərçivəsində indiyədək 2000-dən çox məktəbli, o cümlədən həssas kateqoriyadan olan uşaqlar hüquqi maarifləndirmə tədbirlərinə cəlb olunub. Layihənin nəticəsi olaraq, uşaqlar üçün hüquqi maarifləndirməni daha əlçatan etmək məqsədilə xüsusi mobil tətbiqin hazırlanmasına başlanılıb.
Layihə Azərbaycan Respublikasının Milli Məclisi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlığı ilə icra olunub.
Qeyd edək ki, “Nar” artıq 4 ildir ki, “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində layihəyə davamlı dəstək göstərir. Mobil operator korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaq hüquqlarının qorunması, rəqəmsal savadlılığın artırılması və internet təhlükəsizliyinin təşviqini prioritet istiqamətlərdən biri hesab edir. Şirkət kiberbullinqə qarşı mübarizə, şəxsi məlumatların qorunması və uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafına yönəlmiş təşəbbüslərə sistemli və uzunmüddətli yanaşma sərgiləyir. “Hüquqlarınla parla!” layihəsi də bu strategiyanın tərkib hissəsi olaraq ictimai-özəl tərəfdaşlığın effektiv modelini nümayiş etdirir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

