Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə edilib

16.04.2024 [09:48]

Xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyətini və perspektivlərini, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdiyini, ölkələrimizin qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyin əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31