İrəvan etiraf etdi...
16.04.2024 [10:41]
Azərbaycan - Ermənistan münasibətlərinə qarışan olmasa, məsələlər normal məcrasında həll oluna bilər
2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri Cənubi Qafqaza yeni mahiyyət qazandırıb. İllərlə erməni separatizminin davam etdiyi, erməni terrorunun yayıldığı regionda indi sülh və əmin-amanlıq hökm sürür. Bu fakt Azərbaycanın ortaya qoyduğu iradənin nəticəsidir. Həm ərazilərini azad edən, həm də suverenliyini bərpa edən Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə yeni münasbətlərin formalaşdırılması uğrunda qətiyyətli iş aparılır.
Təəssüfləndirici haldır ki, ölkəmizin bu xoş niyyəti zaman-zaman Ermənistan tərəfindən qeyri-adekvat qarşılanır. Ümumiyyətlə, Vətən müharibəsindən sonrakı dönəmdə bir sıra aktiv təxribatları ilə yadda qalan Ermənistan ara-sıra yenə bu kimi addımlara “əl atır”. Xüsusilə, son dövrlərdə qərbli himayədarlara sığınan İrəvan bölgədə yaranmış sabitliyi təhdid etməkdən çəkinmir - şərti sərhəd bölgələrində Azərbaycan əraziləri atəşə tutulur. Təbii ki, Azərbaycan dövləti bu addımı layiqincə cavablayır - paralel olaraq Ermənistanın qərbli havadarları, “mülki missiyası” baş verənlərin Azərbaycan tərəfindən “törədilməsi” ilə bağlı görüntü yaratmağa niyyətlənir. Bu kimi hallar Ermənistanın çirkin niyyətindən, havadarlarının isə anti-Azərbaycan mahiyyətindən xəbər verir. Nəticədə qarşı tərəf heç bir şey əldə edə bilmir - beynəlxalq aləm, dünya birliyi, aparıcı təşkilatlar Azərbaycanın ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyindən xəbərdardır. Beləliklə, törətdiyi təxribatları etiraf etməməsi Ermənistanın daha çox ziyanına işləyir - onun bölgədə qeyri-sabit vəziyyət yaratmağa çalışması açıq şəkildə üzə çıxır.
Köhnə “adət”, yeni nəticə...
2024-cü ildə ötən aylar ərzində Ermənistan tərəfi demək olar ki, mütəmadi şəkildə Azərbaycan ərazilərinə atəş açır, atəşkəsə xələl gətirir. Fevral ayında Zəngilan istiqamətində törədilən təxribatlara verilən cavab isə onları “sakitləşdirdi”. Onun nəticəsidir ki, artıq Ermənistan öz təxribatlarını etiraf etməyə başlayıb. Xəbər verildiyi kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib. Bu barədə məlumat yayan Ermənistan MTX bildirib ki, hazırda faktla bağlı cinayət işi qaldırılıb.
Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
Baş verən bu hadisə və onun nəticələri bəzi nüanslardan xəbər verir. Son aylarda baş verən bu tipli hadisələrin motivinə nəzər yetirdikdə məlum olur ki, Ermənistan Azərbaycan ərazisini atəşə tutmaq üçün sanki fürsət gözləyir. Bu kimi təxribatlar isə ümumilikdə müsbət perspektiv vəd etmir. Bir neçə ay öncə Zəngilan istiqamətində bu ölkənin silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdı. Baş verənlərdən çıxan nəticə isə onu deməyə əsas verirdi ki, qarşı tərəfi 2023-cü ilin sentyabr ayından bəri yaşanan sabitlik qane etmir və rəsmi İrəvan yeni müharibə axtarışındadır.
Növbəti qələbə...
Amma Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açılması məsələnin mahiyyətinə yeni ştrixlər qazandırıb. Qeyd edildiyi kimi, fevral ayında baş vermiş təxribat layiqincə cavablandırılmışdı - indiki halda isə Azərbaycan yenə də başqa addımlar da ata bilərdi. Amma gözlənti o idi ki, Ermənistan araşdırsın və nəticəsini bəyan etsin. Çünki aylardır ki, sərhədə canlı qüvvə yığan, öz himayədarları tərəfindən aktiv şəkildə silahlandırılan, hətta müharibə anonsları səsləndirən Ermənistanın nə etmək istədiyi bəlli deyildi - Azərbaycan səbrlə məsələnin nəticəsini gözlədi. Ermənistanın atəşkəsi pozmasını etiraf etməsi, ardından isə həmin hərbçilərə cinayət işi açması Azərbaycanın növbəti qələbəsidir. Azərbaycan dövləti birmənalı şəkildə münasibətlərin hüquq müstəvisində araşdırılmasının tərəfdarı qismində çıxış edir. Baş verən insidentin də məhz hüquq müstəvisində araşdırılması, Ermənistanın baş verənlərdə öz günahını etiraf etməsi bir sıra məqamlardan xəbər verir.
Təhrikçi Fransa “mat” qaldı...
Qeyd edildiyi kimi, son aylarda baş verən insidentlərin əsas təhrikçisi rolunda Fransa çıxış edir. Parisin niyyəti isə bəllidir - bu təxribatlar Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbə vurmağa hesablanıb. Ötən ilin sonundan bu ilin əvvəlinə kimi sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil etməsi gözdən yayınmır - Fransaya da məhz belə bir mühit lazımdır. Eyni zamanda, bu kimi təxribatların məhz Ermənistanda Fransanın əli ilə yerləşdirilən Avropa İttifaqı (Aİ) missiyasının müşahidə həyata keçirdiyi ərazidə baş verməsi bu məqsəd və məramları açıq şəkildə ortaya qoyur. Paris tərəfləri mümkün qədər sülhdən uzaq salmağa çalışır ki, bunun da yolunu məhz bu kimi təxribatlarda görür.
İrəvan üçün “silah tədarükü” görən Fransa bu kimi çirkin planlarla öz niyyətinə qovuşmaq istəyir - daha doğrusu, Ermənistanı özünün maraqlarının qurbanı kimi seçdiyini əməli şəkildə sübuta yetirir. İrəvanı yeni eskalasiyaya təhrik etməklə bölgədəki sabitliyi pozmağı hədəfləyən Paris üçün əsas olan öz marağıdır - erməni əsgərlərinin taleyi Makron hakimiyyətini o qədər də maraqlandırmır. Bu, onların apardıqları siyasətdən də açıq şəkildə görünür.
Ermənistan isə həmin hərbiçilərə cinayət işi açmaqla Parisin “planlarını” pozdu. Eyni zamanda, bu addım mühüm bir həqiqətin üstünə növbəti dəfə işıq salmış oldu: Azərbaycan - Ermənistan münasibətlərinə qarışan olmasa, məsələlər normal məcrasında həll oluna bilər. İki dövlət arasında həll olunası bütün məsələlər məhz ikitərəfli xarakter daşıyır. Fransa, ABŞ və başqa “araqarışdıranlar” prosesdən uzaq durmaqla ən böyük “köməyi” etmiş olarlar. Nizamlama, tənzimləmə və münasibətlərin normallaşması iki dövlət arasında reallaşacaq - müdaxilə olmasa. Buna daha tez nail olmaq belə mümkündür.
İrəvan isə anlamalıdır ki, ona “kömək etdiyini” deyənlər əslində sülhü və sabitliyi pozmağı hədəfləyənlərdir. Baş verən son hadisə bunun ən real misalı kimi yadda qaldı...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

