BMT-nin 27-ci İqlim Dəyişikliyi Konfransı
17.04.2024 [10:36]
COP27 harada keçirilib?
Birləşmiş Millətlər Təşkilatının 27-ci İqlim Dəyişikliyi Konfransı 2022-ci ildə noyabrın 6-dan 20-nə kimi Misirin Şarm Əl-Şeyx şəhərində keçirilib. Misirin xarici işlər naziri Sameh Şoukrinin sədrliyi ilə keçirilən konfransda 190 ölkədən 92-dən çox dövlət başçısı və təxminən 35 min nümayəndə iştirak edib.
Qeyd edək ki, Misir 2021-ci ildə irəli sürdüyü uğurlu təklifdən sonra konfransın ev sahibi kimi elan edildi. 8 yanvar 2022-ci ildə Misirin Ətraf Mühit Naziri Yasmin Fuad COP26-nın prezidenti Alok Sharma ilə görüşüb hazırlıqları müzakirə etdi. Konfrans təşkilatçıları danışıqların uğurunu təmin etmək üçün ölkələrə Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə bağlı gərginliyi bir kənara qoymağı tövsiyə etdilər.
2022-ci il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında mümkün iqlim dəyişikliyi tədbirləri müzakirə edildi. Tədbirdə bəzi ada ölkələrinin hökumətləri Yüksələn Millətlər təşəbbüsünü irəli sürdülər. Bununla yanaşı, Danimarka və Şotlandiya inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi tədbirlərini elan etdilər. 14 oktyabr 2022-ci ildə Şotlandiya hökuməti “mənəvi məsuliyyət” olaraq COP27-də iqlim kompensasiyası tələb etdi. BMT-nin Baş Katibi Antonio Quterreş konfransın əhəmiyyətinə toxunaraq bildirdi ki, Pakistanda daşqınlar, Avropada istilik dalğaları, İan qasırğasının cənub, mərkəzi və şimaldakı ölkələrə təsir göstərməsi kimi iqlim dəyişikliyinin təsirləri müşahidə edilməkdədir.
Amerika Birləşmiş Ştatları COP27-də iqlim müzakirələrini dəstəkləməyi qərara aldı və iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrə kömək etməyə çalışacağına söz verdi.
Konfransdan bir həftə əvvəl Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün “inandırıcı bir yol” olmadığını bildirdi. Bununla yanaşı COP26-dan bəri təsirlərin azaldılması səylərinin “qeyri-adekvat” olduğunu göstərən hesabat dərc etdi. Lakin COP27 zamanı “Nature Climate Change” akademik jurnalında dərc olunmuş yeni araşdırmaya görə, ölkələr daha iddialı iqlim öhdəlikləri qəbul etməklə və daha sürətli karbonsizləşmə yolu ilə qlobal istiləşmə təsirlərini azalda bilərlər.
Sammitin açılışına bir neçə gün qalmış bir sıra nəhəng kənd təsərrüfatı şirkətlərinin sponsorluğu ilə hesabat yayımlandı. Hesabat iqlimə uyğunlaşmaq üçün çalışan şirkətləri əhatə edirdi və Kral III Çarlzın yaratdığı “Davamlı Bazarlar Təşəbbüsü” tərəfindən hazırlanmışdı. Hesabata görə, hazırda bütün əkin sahələrinin 15 faizində regenerativ kənd təsərrüfatı tətbiq edilir. Planeti məhv etməmək üçün kənd təsərrüfatı təcrübələrini dərhal dəyişdirmək təklif edildi. COP27 ilə bağlı yazan müəlliflərdən biri vurğulamışdı ki, insan sağlamlığı ilə planetlərin sağlamlığı arasında əlaqə həmişəkindən daha aydın müşahidə olunur. Müəlliflər keçidi sürətləndirmək və kənd təsərrüfatının nə qədər dayanıqlı olduğunu ölçmək üçün ölçülərin yaradılması, habelə fermerlərə ödəniş kimi bir sıra tədbirlər görməyi təklif ediblər. Onlar öz təkliflərini sammitdə təqdim etmək istəyirdilər. Lakin bu təkliflər qəbul edilmədi.
Zəngin ölkələrin inkişaf etməkdə olan ölkələrin qalıq yanacaqdan imtina etmələrinə və bərpa olunan enerjiyə keçid yollarına diqqət yetirmələri gözlənilirdi. Bununla belə, daha zəngin və inkişaf etmiş ölkələrlə daha kasıb ölkələr arasında qlobal istiləşmənin xərclərini kimin ödəyəcəyi ilə bağlı gərginlik var idi. Çünki inkişaf etmiş ölkələr daha yüksək karbon emissiyalarına və ətraf mühitin çirklənməsinə şərait yaratdıqları üçün iqlim təsirlərinin əsas yükünü daşıyırlar. Bu mübahisələrin konfransda müzakirə edilərək ortaq qərara gəlinməsi gözlənilirdi. Ancaq Konfransdan gözlənilən bu məqamlar uğurla nəticələnmədi.
G.ABBAS
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

