Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

21.05.2024 [15:26]

Türkiyənin milli aviasiya daşıyıcısı olan “Turkish Airlines” (“Türk Hava Yolları”) Əfqanıstana uçuşları bərpa edib.

AZƏRTAC xəbər verir ki, üçillik fasilədən sonra birinci aviareys İstanbuldan Kabilə həyata keçirilib.

Paytaxtın hava limanı ərazisində Türkiyənin Kabildəki diplomatik missiyasının təmsilçiləri ilə “Taliban” hərəkatının müvəqqəti hökumətinin üzvləri arasında qarşılanma mərasimi təşkil olunmuşdu.

Türkiyə aviadaşıyıcısının nümayəndələri bildiriblər ki, iki ölkə arasında reyslər bundan sonra həftədə dörd dəfə icra olunacaq.

“Turkish Airlines”ın əfqan xalqının dünyaya “pəncərə”sinə çevriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, Türkiyə ilə Əfqanıstan arasında aviareyslər bu Asiya ölkəsində hakimiyyət dəyişikliyi fonunda 2021-ci il avqustun 15-dən dayandırılıb.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31