/ / Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər - Yenilənib
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər - Yenilənib
24.05.2024 [20:20]
Mayın 24-də Laçın şəhərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Laçın İqlim Fəaliyyəti Dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində COP29-la əlaqədar təqdimat mərasimi olub.
Təqdimatda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Cənubi Qafqaz bölgəsində yeni reallıqların yarandığını vurğulayıb. Hazırda laçınlı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını, Laçının və Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərinin dirçəldiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Təbiət bu füsunkar diyarı öz rəngləri ilə mükafatlandırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib. Bu gün biz Azərbaycanın COP29 gündəliyinin başqa bir unikallığı olan sülh quruculuğu prosesində də baş verən iqlim fəaliyyətindən danışacağıq. Bu, Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prosesi nəticəsində yaranıb. Laçın şəhərinə aparan yol Ermənistan sərhədinə çox yaxındır. Həkəri çayının qarşı tərəfində ermənilərə məxsus dirək və bayraqları görürük. Azərbaycan Ermənistanla mülki sərhəd, normal sərhəd qurmaq niyyətindədir”.
Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olmağı hədəflədiyini və bunun üçün bütün səyləri gücləndirmək niyyətində olduğunu deyən Hikmət Hacıyev bildirib ki, yaşıl enerjinin müsbət cəhəti hər yerdə istehsal oluna bilməsi ilə bağlıdır. Lakin bunun üçün yatırımlara, innovasiyalara ehtiyac var. Buna isə yalnız tərəfdaşlıq və əməkdaşlıq sayəsində nail olmaq olar. Biz bu məqsədə bir-birimizi dəstəkləyərək nail ola bilərik. Əgər biz COP29-un ev sahibi kimi uğurlar qazansaq, bu, bütün dünya üçün faydalı olar.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, Ermənistanın işğalı nəticəsində bu regionda bütün infrastruktur tamamilə dağıdılıb. Laçının bir çox yerində isə tank və piyada əleyhinə minalar basdırılıb. Bu minalar mülki vətəndaşların ölümünə səbəb olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçında və ətraf ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.
Laçının Azərbaycanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayan M.Məmmədov deyib: “2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq”.
Laçınlı keçmiş məcburi köçkünlərin artıq doğma evlərinə geri qayıtdıqlarını qeyd edən xüsusi nümayəndə deyib: “Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük”.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev COP29-a hazırlıq prosesində əməkdaşlığın önəmini vurğulayaraq bildirib: “Biz sizi COP29 ilə bağlı bütün hazırlıqlarda məhsuldar olmağa və bu tədbirin gündəliyini fəal şəkildə hazırlamaq üçün dəvət edirik. Düşünürəm ki, müzakirə olunacaq məsələlər çoxdur”.
Bu mötəbər tədbirə hazırlıq işlərindən danışan Muxtar Babayev deyib: “Bizim komandamız artıq bir neçə aydır ki, COP29 üçün hazırlıqlar görür. Bugünkü tədbir isə sizin təkliflərinizi dinləmək üçün bir fürsətdir. Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcəklər. Onlar öz səylərini birləşdirərək bir-birinə daha yaxın olacaq, bu da məsələləri həll etməyimizə kömək edəcək”.
COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, ötən il Dubayda keçirilən COP28 tədbiri bütün ölkələr üçün əlverişli olub. İndi isə Azərbaycan həmin səyləri artıq konkret fəaliyyətə çevirməyə başlayıb. Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir.
Nazir müavini bildirib: “Bizim Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə mühüm danışıqlarımız olub və bu sahədə bir çox irəliləyiş əldə etmişik. İtaliyanın G7 prezidentliyi də bizi danışıqlar aparmaq üçün dəvət edib. Konkret fəaliyyət olmadan hədəflər dəyişə bilməz”.
Energetika nazirinin müavini, “COP29 Azərbaycan” üzrə baş icraçı direktor Elnur Soltanov vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyətin dəstəyi olmadan həyata keçirilə bilməzdi. “Azərbaycanın bu məsuliyyəti öz üzərinə götürməsi təqdirəlayiqdir. Bizə dəstəyinə, fikir mübadiləsinə, o cümlədən mütəxəssislərin göndərilməsinə görə beynəlxalq təşkilatlara təşəkkür edirik”, - deyə E.Soltanov vurğulayıb.
Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan Prezidenti tərəfindən yaşıl enerji zonaları elan olunduğunu vurğulayan nazir müavini qeyd edib ki, buradakı bütün infrastruktur yaşıl enerjiyə keçid üçün uyğunlaşdırılaraq tikilir.
COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Azərbaycanın bu mötəbər tədbirə qısa müddətdə hazırlıq görməsi üçün zəngin təcrübəsinin və imkanlarının olduğunu deyib: “Azərbaycanın COP29-a hazırlığı üçün cəmi bir neçə ay vaxtı var. Adətən ölkələrin bu prosesə ev sahibliyi etməsi üçün daha çox zamanı olur”. O, COP29 inklüzivlik və bərabərlik platforması olacağına əminliyini ifadə edib.
COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova iqlim hərəkatının kollektiv hərəkata keçidlə başladığını qeyd edərək bildirib ki, hər kəs bunu öyrənməyə, tətbiq etməyə evdən başlamalıdır. Bu məsələlərdə geniş maarifləndirmə işinin aparılmasının önəmini vurğulayan L.Həsənova bu istiqamətdə müvafiq işlərə başlanıldığını, gənclərin məlumatlandırıldığını qeyd edib.
Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar və işgüzar tədbirlər departamentinin direktoru Sevda Əliyeva çıxışında COP29 ilə əlaqədar ölkəmizə gələcək qonaqların yerləşdirilməsi imkanlarından danışıb. “Biz qonaqların qalacaqları məkanların təşkili üzərində fasiləsiz çalışırıq. Burada 100-dən çox bina var. Qonaqlama prosesini yüksək səviyyədə təmin etmək çox vacibdir. “Çox şadıq ki, dünən bu barədə platforma istifadəyə verildi. COP29-un qonaqlama platforması var. Ölkədəki bütün otellər bu platformada qeydə alınmaq üçün xüsusi yoxlamadan keçib”, - deyə S.Əliyeva vurğulayıb.
Tədbirdən sonra diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.
Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verildi.
Bildirilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə həm də tədris-təlim mərkəzi sayıla bilər.
Diplomatik korpusun nümayəndələri sonra “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur.
Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.
Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.
Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

