Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycan İcması: Avropa İttifaqı regionda müsbət dinamikanı pozmağa çalışır

Qərbi Azərbaycan İcması: Avropa İttifaqı regionda müsbət dinamikanı pozmağa çalışır

29.05.2024 [20:04]

Qərbi Azərbaycan İcması Avropa İttifaqının diplomatik xidmətinin mətbuat katibinin mayın 29-da verdiyi, Azərbaycanın daxili işinə qarışan və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməyə cəhd edən bəyanatını sərt şəkildə qınayır. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Azərbaycana saxta ittihamlarla insan hüquqları sahəsində dərs verməyə çalışan Avropa İttifaqı ilk öncə bu cür səlahiyyəti haradan aldığına dair izahat verməlidir. Bundan başqa, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmaqla, mülkiyyətindən və mədəni irsindən məhrum edilməklə hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalmış Avropa İttifaqının bu davranışı ayrı-seçkili və təxribatçı xarakter daşıyır. Bu cür qərəzli və ayrı-seçkili davranışı ilə Avropa İttifaqı ali dəyərlər olan insan hüquqlarına zərər vurur və regionda davamlı sülh istiqamətində müşahidə olunan müsbət dinamikanı pozmağa çalışır.

“Qərbi Azərbaycan İcması Avropa İttifaqından bu cür qərəzli və ziyanlı siyasətindən əl çəkməyi, regionda sülhə mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək verməklə insan hüquqlarına sadiqliyini əməldə göstərməyi tələb edir”, - deyə İcmanın bəyanatında vurğulanıb.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30