Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sosial sahibkarlığı hansı cəhətlər fərqləndirir?

Sosial sahibkarlığı hansı cəhətlər fərqləndirir?

16.07.2024 [12:01]

Sosial sahibkarlığın digər sahibkarlıqdan üstün cəhətləri olduqca çoxdur. Hər hansı bir sahibkar  qazanc əldə etmək üçün  dövlət vergisini ödəməklə yerdə qalan mənfəəti artırmaq istiqamətində fəaliyyət göstərir.

Sosial sahibkar isə cəmiyyət üçün ciddi problemlər sayılan fəaliyyətlə məşğul olurlar.

İqtisadçı Pərviz Heydərov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, cəmiyyətin inkişafına maneə olan çoxlu sayda problemlər mövcuddur. Onun sözlərinə görə  sosial problemlərin həlli ilə dövlət məşğul olur, lakin bu problemlərin hamısını  müvəffəqiyyətlə aradan qaldırmaq çətin prosesdir: "Bu sahə ilə məşğul olmaqla vətəndaşlar cəmiyyət üçün də vacib olan problemləri aradan qaldıra bilərlər.

Sosial sahibkarlığın fəaliyyətinin genişlənməsi ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatı şəraitində tələb və təklifin nisbətini  müəyyən edirik, bununla bir sıra hallarda çox sərt rəqabət ortaya çıxır. Bazar iqtisadiyyatı sistemində sosial sahibkarlıq olduqca mühüm əhəmiyyət kəsb edir. Bu sahibkarlığı inkişaf etdirmək üçün həm dövlətin, həm də vətəndaşın üzərinə məsuliyyət düşür."

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31