Şuşa Qlobal Media Forumu çərçivəsində fransız kolonializmi ilə bağlı hesabat təqdim edilib
22.07.2024 [15:51]
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabatın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatı müəllif Karlayl Korbin və Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ediblər.
A.Abbasov çıxışında Fransanın müstəmləkəçilik siyasətinin Bakı Təşəbbüs Qrupunun səyləri nəticəsində beynəlxalq ictimaiyyətə çatdırıldığını qeyd edib. Niderland koloniyasının da dəstək verdiklərini vurğulayan icraçı direktor bildirib ki, təkcə beynəlxalq arenada keçirilən tədbirlərdə yox, bu cür tədqiqatların təqdim edilməsi də müstəmləkəçiliyə son qoya bilər. O qeyd edib ki, biz müstəmləkəçilikdən əziyyət çəkən xalqlara kömək edirik. Müstəmləkəçilikdən əziyyət çəkən regionlar dəstək üçün hər zaman müraciət edə bilər.
BMT-in tanınmış eksperti Karlayl Korbin müstəmləkəçilikdən əziyyət çəkən xalqların mövcud imkanlardan məlumatsız olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, mübarizəni yalnız BMT-nin siyahısında olan ərazilərdə aparmaq mümkündür. Məsələn, siyahıya daxil olmayan Fransa Polineziyasının əhalisi Sakit okeanda baş verən hadisələrdən xəbərsizdir. Xalqı məlumatlandırmaq lazımdır. Azərbaycan bu işdə bizə çox kömək olur.
Fransız Polineziyasında 30 ilə yaxındır nüvə silahlarının sınağını keçirildiyini vurğulayan ekspert bunun xalqın sağlamlığına mənfi təsir göstərdiyini deyib. O bildirib ki, Fransa müstəmləkə ərazilərinə başqa xalqları köçürməklə yerli xalqın tərkibini dəyişməyə çalışır.
“2010-cu ildə Karib hövzəsində keçirilən referendumda da yerli xalqa səsvermə zamanı məhdudiyyətlər qoyulmuşdu. Kənardan müdaxilələr var idi. "Statusu dəyişmək üçün səs versəniz, iqtisadi inkişafı itirəcəksiniz" kimi sözlər deyilirdi. Fransa bu yolla yerli xalqın ondan asılılığı saxlamağa çalışırdı", - deyə o bildirib.
Müstəmləkəçilik probleminin gündəmdə qalmasına Azərbaycanın kömək etdiyini deyən K.Korbin ölkəmizin çox güclü tərəfdaş olduğunu vurğulayıb: "Müstəmləkə ərazilərinin geniş auditoriyaya çıxışı üçün hər hansı platformaları yoxdur. Azərbaycan bu məsələdə bizə böyük imkanlar yaradır. Azərbaycanın bu işdə müttəfiqimiz olmasından çox şadıq".
Karlayl Korbin 140 səhifəlik tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaky), Fransız Polineziyası (Maohi Nui), Saint Martin, Saint Barthelemy, Mayot (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının müstəmləkəyə çevrilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin əsasında Fransa Prezidenti Emmanuel Makronun aborigen əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz kolonial siyasətini zorla irəlilətmək istəyi olub. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrinin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd edilir, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır. Tədqiqat Fransa Hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək. Hesabatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58

