/ / Türkiyənin keçmiş səfiri: Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq TDT ölkələri üçün modeldir
Türkiyənin keçmiş səfiri: Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq TDT ölkələri üçün modeldir
26.08.2024 [00:08]
“Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan ilə Özbəkistan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə bütün türk dünyası ölkələri üçün uğurlu qarşılıqlı fəaliyyətin bariz nümunəsidir”.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.
O qeyd edib ki, Azərbaycan-Özbəkistan razılaşmaları əməkdaşlığın geniş spektrinin inkişafına yönəlib və eyni zamanda Ermənistanın işğalından azad edilmiş Xankəndi şəhərində Özbəkistan tərəfindən tekstil müəssisəsinin açılmasını nəzərdə tutur. “Bu, Daşkəndin təkcə investisiya addımı deyil, həm də siyasi mesajdır. Beləliklə, Özbəkistan Xankəndinə sərmayə qoymağa hazır olduğunu bildirən ilk ölkə oldu”, - deyə ekspert bildirib.
Kılıç xatırladıb ki, Özbəkistan Ermənistanda diplomatik nümayəndəlik açılmasını zəruri hesab etməyən dövlətlər sırasındadır.
“Bakı ilə Daşkənd arasında əməkdaşlığın əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyevin düşünülmüş siyasəti və Şavkat Mirziyoyevin müdrik kursu sayəsində güclü təkan alıb”, - deyə ekspert bildirib.
İMZA ictimai birliyinin nümayəndəsi Azərbaycan liderinin Daşkəndə səfərinin nəticələrini “tarixi” adlandırıb və diqqəti Azərbaycan və Özbəkistan liderləri tərəfindən müəyyən edilmiş 20 yeni qarşılıqlı fəaliyyət istiqamətinə yönəldib.
Kılıç Azərbaycan-Özbəkistan əlaqələrinin Türk Dövlətləri Təşkilatı üçün əməkdaşlıq modeli olduğunu vurğulayıb.
“Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycanın həm Qərblə, Rusiya Federasiyası ilə əlaqələrin qurulmasında, həm də türk dövlətləri ilə qarşılıqlı fəaliyyətdə özünü göstərən uğurlu və güclü çoxvektorlu xarici siyasətinin növbəti təzahürü oldu. Azərbaycan regionda parlaq ulduzdur, bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da bir daha dünyaya nümayiş etdiriləcək”, - deyə keçmiş səfir vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

