Yubilyara...
18.09.2024 [08:14]
Azərbaycan Respublikasının 1-ci dərəcəli Dövlət müşaviri, Əməkdar incəsənət xadimi Hidayət Xuduş oğlu Orucova
Hörmətli Hidayət müəllim!
Dağıstan Respublikası Yazıçılar İttifaqının İdarə Heyəti Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir. Qoy bu şərəfli tarix Sizin böyük həyat yolunuzda daha bir əhəmiyyətli mərhələ olsun!
Sizin tərcümeyi-halınız doğma diyara xidmətin parlaq nümunəsidir. Xidmət kitabınızda bir sıra yüksək dövlət vəzifələri və məqamları vardır ki, bunların hər birini öz xeyirli quruculuğunuz və pozitiv enerjinizlə zənginləşdirmisiniz. Azərbaycan Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri, AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri olduğunuz zaman Azərbaycanla Rusiya Federasiyası və əlbəttə ki, ölkənizin yaxın qonşusu kimi Dağıstan Respublikası ilə dövlətlərarası münasibətlərin və dostluğun möhkəmləndirilməsi işinə böyük töhfələr vermisiniz. Siz fəxri qonaq kimi dəfələrlə Dağıstanda olmusunuz və hər bir gəlişiniz əhəmiyyətli tədbirlərlə bağlı olduğundan respublika üçün böyük hadisəyə çevrilmişdir.
Əməyinizə və bizim siyasət və ədəbiyyatımızın ağsaqqalları Məhəmmədəli Məhəmmədov və Rəsul Həmzətovla çoxillik dostluğunuza görə Dağıstan Sizə minnətdardır. Siyasətçi və yazıçı olaraq xalqların və ölkələrin yaxınlaşmasında mədəniyyətin əhəmiyyətini həmişə yaxşı anlatmısınız.
Sizə Qafqaz uzunömürlülüyü, yaxınlarınızın və dostlarınızın əhatəsində davamlı xoşbəxt illər arzu edirik.
Hörmətlə, Marina ƏHMƏDOVA
Dağıstan Respublikası Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, Dağıstanın xalq şairi.
Dağıstan Respublikası Yazıçılar Birliyi İdarə Heyətinin sədri, Xalq şairi xanım Marina Əhmədovaya
Çox hörmətli Marina xanım,
Ad günümü təbrik etdiyiniz üçün Sizə, bütün dağıstanlı həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Onu da səmimiyyətlə bildirirəm ki, qardaş Dağıstandan təbrik məktubu almaq mənə xüsusilə xoşdur.
Ulu Öndərim Heydər Əliyev Dağıstanla əməkdaşlığın, münasibətlərin dərinləşməsinə xüsusi diqqət yetirirdi. Bizə söylədiyi bir unudulmaz xatirə bu baxımdan çox xarakterikdir: hələ Sovetlər Birliyi zamanında Azərbaycanda Ulu Öndərimin rəhbərliyi ilə İttifaq və Beynəlxalq miqyaslı yüksək tədbirlər keçirilirdi. Ulu Öndərim bu tədbirlərlə Rusiya Federasiyasından ayrıca olaraq Dağıstandan nümayəndə heyəti dəvət edirdi. Kremldə təəccüblə soruşurdular: “Heydər Əlirzaoğlu, Dağıstandan nə üçün ayrıca nümayəndə heyəti dəvət edirsinz? Axı, Dağıstan da Rusiyanın çoxsaylı subyektlərindən biridir”.
Ulu Öndərim deyirmiş: “Azərbaycanla Dağıstanın xüsusi tarixi münasibətləri var. Əgər onları ayrıca nümayəndə heyəti kimi dəvət etməsəm, məni başa düşməzlər - Azərbaycanda da, Dağıstanda da!”
Xüsusi dostluq və qardaşlıq münasibətlərimiz tarixin bütün mərhələlərində olub, İkinci Dünya müharibəsi illərində isə Dağıstana rəhbərlik edən Odlar yurdunun və Dağlar diyarının böyük oğlu Əziz Əliyev tariximizə yeni tarix yazıb, bölgəni faşist işğalından qoruyaraq xalqlarımızı artıq layihəsi hazır olan Sibir sürgünündən xilas edib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərimin və Dağıstanın lideri Məhəmmədəli Məhəmmədovun rəhbərliyi ilə əməkdaşlığımız daha da möhkəmləndi. Məhz o zaman Azərbaycan üçün də, Dağıstan üçün də tamamilə yad olan meyillər qısa vaxtda aradan qaldırıldı, ənənəvi qardaşlıq münasibətləri öz əbədi yerini tutdu. O illərdə mən, bəzən hər ay Dağıstanda olurdum, hər dəfə də ictimai-siyasi vəziyyətdən asılı olmayaraq özümü doğma diyardakı kimi hiss edirdim.
Bir tarixi sənədi də xatırlamaya bilmərəm. Dağıstan Respublikası Dövlət Şurasının Sədri (Prezident statusunda) Məhəmmədəli Məhəmmədovun 18 avqust 2004-cü ildə imzaladığı Sərəncamı: “Xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə gətirdiyinə görə Orucov Hidayət Xuduş oğlu - Azərbaycan Respublikasının Milli Siyasət Məsələləri üzrə Dövlət Müşaviri - Dağıstan Respublikasının Fəxri Fərmanı ilə təltif edilsin”. Bu təltif o illərdə Dağıstanın ən yüksək mükafatıydı.
Mənim əsərlərim çox dillərə çevrilib, nəşr olunub. Ancaq Dağıstanın on üç dövlət dilində (o sırada - Azərbaycan dilində) dünya işığına çıxan “Sabaha çox var” şeirlər toplum tərtibat baxımından öz unikal özünəməxsusluğu, bənzərsizliyi ilə seçilir.
1997-ci ildə İmam Şamilin Mahaçqalada keçirilən iki yüz illik yubileyində Ulu Öndərim adından çıxış edərkən demişdim: “İmam Şamil milliyyətcə yalnız avar deyil, kumukdur, ləzgidir, noqaydır, tabasaranlıdır... zəmanəmizin dahi şairi Rəsul Həmzətovun söylədiyi kimi, “bütün Dağıstan xalqlarının böyük oğludur”. Əlavəm yalnız budur: Cənubi Qafqazda isə İmam Şamil Azərbaycan xalqının böyük oğludur!” Bu gün də belədir, sabah da, əbədi belə olacaq.
Sonra Ulu Öndərimin göstərişi və iştirakı ilə Bakıda, Opera və Balet Teatrının binasında İmamın möhtəşəm yubiley gecəsi keçirildi. Tədbirdə Dağıstan Parlamentinin sədri Muxu Əliyevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti iştirak edirdi. Elə həmin ildə Ulu Öndərimin dəvəti ilə Rəsul Həmzətovun Patimat xanımla Səməd Vurğunun yubileyinə gəlişi, onlarla Bakıda səfər boyu bir yerdə olmağım ömrümün unudulmaz səhifələrindəndir.
Hörmətli Marina xanım,
Sizə və bütün dağıstanlı qələm dostlarıma möhkəm cansağlığı, uzun ömür, yaradıcılıqda yeni-yeni möhtəşəm uğurlar arzulayıram.
Dərin ehtiramla, Sizin HİDAYƏT.
Dərin hörmət bəslədiyimiz
Hidayət Xuduş oğlu Orucov!
Gürcüstan Yazıçılar Birliyi adından Sizi böyük rəğbətlə salamlayıram!
Siz yazıçı və ictimai xadim kimi müasir Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfə vermisiniz, diplomatik fəaliyyətiniz əvəzsizdir.
Hər bir gününüz Vətənlə və sülhün hakim olduğu dünya ilə bağlı düşüncələrlə müşayiət olunur. Biz həmkarlarınız üçün Siz müdriklik, istedad və səxavət rəmzisiniz. Siz Gürcüstanın əsl dostu və gürcü yazıçıların ən əziz həmkarısınız.
Səksən illiyiniz münasibətilə Sizə uzun ömür və yaradıcılıq uğurları arzu edirəm. Hələ uzun illər oxucularınızı öz möhtəşəm əsərlərinizlə sevindirəsiniz.
Ən ülvi arzularla:
Makvala QONAŞVİLİ
Gürcüstan Yazıçılar Ittifaqının sədri.
Gürcüstan Yazıçılar Birliyi İdarə Heyətinin sədri xanım Makvala Qonaşviliyə
Çox hörmətli Makvala xanım,
Ad günüm münasibətilə səmimi təbrikiniz üçün Sizə, gürcü həmkarlarıma təşəkkür edir, dərin hörmətimi bildirirəm.
Yeniyetməlik və ilk gənclik çağlarımdan hədsiz sevdiyim Gürcüstandan gələn təbrik mənim üçün çox önəmlidir. Məni Gürcüstanın əsl dostu və gürcü yazıçılarının ən əziz həmkarı saydığınız üçün Sizə təşəkkür edirəm. Mənim Gürcüstana hədsiz məhəbbətim dahi Rustavelinin qəhrəmanlarından, “Suliko” mahnısından, gürcü filmlərindən, gürcü futbolundan başlayıb, sonralar ora gedib-gəldikcə, həmkarlarımı, xalqı tanıdıqca aydan-aya, ildən-ilə böyüyüb.
Doxsanıncı illərdə ölkələrimizin müstəqilliyinin bərpasının ilk çağlarında - saysız-hesabsız problemlər içində çıxış yolu axtarmaqda çırpındığımız vaxtlarda Gürcüstana tez-tez, çoxsaylı səfərlərimi xatırlayanda bu günün özündə də Tanrıya şükür edirəm: yaxşı ki, o çətin zamanlarda ölkələrimizə Heydər Əliyev və Eduard Şevardnadze kimi istedadlı, təcrübəli dövlət xadimləri - liderlərimiz rəhbərlik etdilər və bütün çətinlikləri qısa müddətdə arxada qoydular. Mən - Azərbaycan Respublikasının Milli Siyasət Məsələləri Üzrə Dövlət Müşaviri kimi, o vaxtlar bütün problemlərin həlli proseslərinin içində olmuşam və görülən böyük işləri bu günün özündə də xoş təəssüratla xatırlayıram.
Unudulmaz Eduard Abrosyeviç 17 dekabr 2002-ci ildə Sərəncam imzaladı: “Gürcüstan və Azərbaycan arasında qarşılıqlı ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm xidmətinə, Gürcüstan mövzusunda yaratdığı bədii əsərlərə, gürcü ədəbi irsini yüksək professional səviyyədə tərcümə və nəşr etdirməsinə görə Azərbaycanın əməkdar incəsənət xadimi - şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim Hidayət Orucov “Şərəf” ordeni ilə təltif edilsin”. İstər Vətənimdə, istər xarici ölkələrdə layiq görüldüyüm çoxsaylı, yüksək dövlət mükafatları içində bu təltifin öz önəmli yeri var!
1998-ci ildə, Bakıda, Gürcüstanın qardaş hədiyyəsi - At heykəlimin açılışında Eduard Ambrosyeviçin söylədiyi, alqışlarla qarşılanan fikrindən hədsiz qürur duyuram. “... Xalqlarımızın layiqli və görkəmli oğullarının şəxsi dostluğu da hamıya məlumdur. M.F.Axundov ilə Akaki Seretelinin dostluq münasibətlərini qeyd etmək yerinə düşərdi. Bu ənənə xalqlarımızın ən ağır dövrlərində də davam etdirilmişdir. Səməd Vurğunla Georgi Leonidze, Hidayət Orucovla Quram Pançikidze bu gözəl ənənənin parlaq davamçılarıdır”.
Bir unudulmaz faktı da xatırlamaya bilmərəm. Mən siyasi vəzifələrdə olanda gürcü dilində iki şeir kitabımı nəşr edərək, onların geniş tərkibdə təqdimat mərasimlərini keçirərək mənə xatırlatmaq istəyirdiniz ki - sən şairsən! Harda olsan ? bunu unutma, ədəbiyyatdan ayrılma!
Çox hörmətli Makvala xanım,
Mən bu təşəkkür məktubunu bir az geniş yazdım ki, ürəyim Gürcüstana, gürcü xalqına çağlayan məhəbbətdən bir az boşalsın. Amma ürəyim yenə dolu qaldı.
Sizə, gürcü həmkarlarıma qardaş-bacılarıma cansağlığı, uzun ömür, yaradıcılıqda yeni zirvələr fəthi arzulayıram.
Dərin ehtiramla, Sizin HİDAYƏT.
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

