Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək
07.10.2024 [15:23]
Səhiyyə Nazirliyində Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin (NMRRC) baş direktoru akademik Andrey Kaprinlə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev də iştirak edib.
Səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, ölkələrimiz arasında sıx əlaqələr səhiyyə, o cümlədən onkologiya sahəsində əməkdaşlığın geniş spektrini müəyyənləşdirir. O, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialını bitirən məzunların ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Nazir çıxışında Azərbaycanda xərçəng xəstəliklərinin müalicəsi üzrə ciddi tədbirlərin həyata keçirildiyini və bu işin sistemli şəkildə davam etdirildiyini vurğulayıb: “Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Mərkəz respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur”.
Rusiyanın Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin yüksək peşəkar kadrları ilə tanındığını vurğulayan nazir onkologiya, radiologiya və urologiya sahəsində birgə elmi tədqiqatların həyata keçirilməsinin vacibliyini qeyd edib.
Andrey Kaprin isə rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib, belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından vacibliyini bildirib. O, NMRRC-nin əsas fəaliyyətinin ən müasir üsul və texnologiyalardan istifadə etməklə xəstələrin müayinə və müalicəsini aparmaqdan ibarət olduğunu vurğulayıb. Rusiyalı mütəxəssis Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirib.
Görüşdə tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19

