Cəbrayıl şəhər və Cocuq Mərcanlı məktəbləri Zəfər Günü bayram tədbirini birlikdə qeyd ediblər
06.11.2024 [21:29]
Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri Mehdi Mehdizadə adına tam orta məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbinin birgə əməkdaşlığı ilə gerçəkləşib. Tədbirdə hərbçilər, Cəbrayıl şəhər sakinləri, hər iki məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Mehdi Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbin direktoru Zamin Həziyev Vətən müharibəsində qazanılan Qələbədən və azad edilən ərazilərdə həyatın yenidən canlanmasından söhbət açıblar. Bildirilib ki, Azərbaycan Ordusunun Aprel Zəfərindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulub və “Böyük Qayıdış” Proqramı çərçivəsində kəndin sakinləri doğma yurdlarına qayıdıblar. Azad olunan ərazilər üzrə təhsil də məhz Cocuq Mərcanlı kəndindən başlayıb. Aprel Zəfərindən 4 il sonra 44 günlük Zəfər yürüşü zamanı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra qısa zaman kəsiyində bu ərazilərdə də tikinti-quruculuq işləri görülərək, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunub, şagirdlərin yüksək səviyyədə təhsili üçün məktəb binaları inşa edilib.
Bildirilib ki, Mehdi Mehdizadə adına tam orta məktəb də azad olunan ərazilərdə tədrisin ilk başladığı təhsil ocaqlarından biridir.
Daha sonra şanlı Zəfərə həsr olunan videoçarx nümayiş etdirilib.
Hər iki məktəbin şagirdləri şeir söyləyib, musiqili kompozisiya ilə çıxış ediblər. Tədbir Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin müəllim kollektivinin ifasında “Azərbaycan sənsən mənim” mahnısı ilə sona çatıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

