Multikulturalizm Mərkəzində Zəfər Günü qeyd olunub
07.11.2024 [13:56]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8 Noyabr - Zəfər Gününə həsr edilən tədbir keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BBMM tərəfindən hazırlanan “Biz birlikdə güclüyük” sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük qələbəsini qazandı. Bu qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Rəvan Həsənov diqqətə çatdırıb ki, Vətən müharibəsindəki Zəfərimizin arxasında duran ideya birlik, qardaşlıq idi. Çünki torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq, hər kəs “Dəmir yumruq” ətrafında birləşdi. Təsadüfi deyil ki, Şanlı Zəfərimizdən sonra Qarabağda, Şuşada keçirilən ilk mədəni tədbir xalqların birliyini tərənnüm edən “Xarı Bülbül” festivalı oldu. Bu gün Zəfər qazanmışıq, suverenliyimizi tam bərpa etmişik, lakin Azrbaycanın ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yenə də öz məkrli mövqelərindən geri durmurlar. Bu səbəbdən Azərbaycan Respublikasının vətəndaşları dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq öz həmrəyliyini daim qorumalıdır.
Digər çıxış edənlər – Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Mənəvi Dəyrlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov, Vətən müharibəsi iştirakçıları polkovnik Rəşad Aslanov, mayor Şahin Əsgərov, baş leytenant Radif Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Elnur Əfəndiyev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Katolik kilsəsinin nümayəndəsi Yozef Marik Azərbaycanda yaşayan milli və dini icmaların nümayəndələrinin ölkəmizin inkişafı üçün bütün sahələrdə həmrəy olduqlarını vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan dövləti öz siyasətində multikultural dəyərləri hər zaman əsas tutur.
Zəfər Günü “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu dünyanın bir çox universitetlərində də qeyd edilib. Beləki, Yaponiyanın Hokkaydo, Türkiyənin Ərciyəz, Bolqarıstanın K.Oxridski adına Sofiya, Hindistanın Şri Şri, Rumıniyanın Aleksandr İoan Kuza universitetlərinin auditoriyalarında ayrıca olaraq Zəfər Gününə həsr edilən seminarlar keçirilib. Rumıniyanın Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Orxidski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Hindistanda Şri Şri universitetinin müəllimi Kənan Məmmədov və Türkiyədə Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi, Şanlı Zəfərimiz haqqında ətraflı məlumat veriblər. Vurğulayıblar ki, 44 günlük Vətən müharibəsindəki zəfər, yalnız hərbi qələbə deyil, eyni zamanda Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və vətəninə olan dərin bağlılığının təntənəsidir. Xalqın, dövlətin və ordunun sarsılmaz iradəsinin, əzminin və qətiyyətinin təcəssümüdür.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

