“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sıraları genişlənir
30.12.2024 [20:40]
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) sıraları genişlənir.
İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin AZƏRTAC-a verdiyi məlumata görə, Birliyə yeni üzvlüyə qəbul olunmuş şəxslərə vəsiqələrin təqdimetmə mərasimi keçirilib. Tədbirdə növbəti 120 nəfərə “İMZA” İB-nin üzvlük vəsiqələri təqdim edilib.
“İMZA” İB-nin yeni üzvlərinə vəsiqələri İdarə heyətinin sədri Xəyyam Əsgərov təqdim edib. Onların hər birini İB-in işində, xüsusilə könüllülük hərəkatında fəal şəkildə iştirak etməyə çağırıb. “İMZA” rəhbərliyi adından yeni üzvləri təbrik edib. Bildirib ki, İctimai Birlik ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı, dünyada daha da tanıdılması məqsədilə gördükləri işləri xüsusilə sosial şəbəkələr üzərindən geniş təbliğ edir və bundan hər bir üzvümüz iftixar hissi keçirir.
Yeni üzvlər İB-nin fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatında yaxından izlədiklərini vurğulayıblar. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı məqamları barəsində danışan yeni üzvlərdən Prezident mükafatçısı, kiçik dövlət müşaviri İndira Şəmsivari bundan sonra qurumun işində, o cümlədən keçirəcəkləri tədbirlərdə fəal iştirak edəcəklərini deyib.
Qeyd edək ki, “İMZA” indiyədək həm sosial şəbəkələrdə, həm də ölkəmizin ictimai-sosial həyatında fəal şəkildə iştirak edib, bir sıra ciddi layihələri gərçəkləşdirib, xüsusilə beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı olub. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfrans, bu il baş tutmuş “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq tədbir, həmçinin “İMZA” İB-nin əvvəlki illərdə keçirdiyi Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımına həsr olunmuş toplantıları və digər əhəmiyyətli yığıncaqları geniş ictimai rezonans doğurub, yerli və xarici mediada bu barədə məlumatlar yayılıb. “İMZA” kollektivi "Konstitusiya və Suverenlik İli” üçün də yeni planlar üzərində çalışır.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55

