Post-müharibə dövründə Azərbaycan diplomatiyasının Soçi uğuru
27.11.2021 [18:31]
Məlahət İbrahimqızı
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü,
Milli Məclisin deputatı
Post-müharibə dövründə Azərbaycan diplomatiyasının Soçi uğuru.
Dünən bütün dünya mətbuatının və beynəlxalq ictimaiyyətin diqqəti və gözü Soçidə keçirilən üçtərəfli görüşdı idi. 44 günlük Vətən müharibəsi zaman Azərbaycan xalqı öz doğma torpaqlarını təcavüzkar Ermənistanın işğalına son qoysa da, bölgəmizdəki vəziyyət, daha doğrusu iki qonşu ölkə arasında münasibətin normallaşmasına ciddi əngəl olacaq problemlər qalmaqda davam edir.Ermənistanın kapitulyasiyasını təsdiq edın 10 noyabr 2020 tarixli sənəd və bu sənəddə əks olunmuş bəndlərin yerinə yetirilməsi məqsədilə 11 yanvar 2021 tarixində keçirilmiş Moskva görüşündə üçtərəfin imzaladığı sənədlər olsa da hələ də işğalçı tərəf hər iki sənəddə əks olunmuş çox önəmli məsələlərin həllinə mane olmaq üçün müxtəlif əsassız bəhanələr gətirir. Qələbədən dərhal sonra Müzəffər Ali Baş Kamandanımız Ermənistana, eləcə də bütün dünyaya münaqişənin həll olunduğu, tarixi torpaqlarımızın işğaldan azad və ərazi bütövlüyümüz bərpa edilməsi haqqında bəyan etmişdi. Eyni zamanda bölgədə yeni bir səhifənin açıldığını, bölgə xalqları üçün gələcəkdə əmin-amanlıq, təhlükəsiz və sabitlik və dayanıqlı inkişaf mühiti ola biləcək bir mərhələnin olacağı haqqında, eləcə də bu bölgədə yeni əməkdaşlıq platformu üçün fürsətlərin olduğunu O, dəfələrlə elan etmişdi. Çox təəssüf ki, ötən bir il təcavüzkarın öz çirkli niyyətindən və əməlindən hələ də əl çəkə bilmədiyini göstərdi. Bugünədək Ermənistan tərəfi dəfələrlə müxtəlif təxribat xarakterli cinayətlər törətmiş və bunu hələ də davam etdirir. Rəsmi Ermənistan qeyd etdiyimiz iki sənəddə əks olunmuş çox önəmli bəndlərin yetirilmməməsi üçün hər cürə təxribatlara əl atmaqda davam edir. Sözsüz ki, Ermənistanın törətmiş olduğu hər təxribata Azərbaycan tərəfi misli ilə cavab verir, amma bütün bunlar bölgədəki davamlı sülhün bərqərar olmasında çox ciddi problemlərdir. İşğalçı Ermənistanın bu dekonstruktiv və xoşniyyətli olmayan bu əməlləri sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur koridorunun açılması, sülh müqaviləsinin imzalanması kimi bölgə üçün həyati vacib məsələrin yerinə yetirilməməsinin məqsədini daşıyır. Əlbəttə Azərbaycan hər zaman danışıqlar yolunu daha üstün tutmuşdur. Bu mənada Soçidə dünən keçirilmiş üçtərəfli zirvə görüşü məhz Cənubi Qafqazın, eləcə də bizim bölgənin gələcək taleyi üçün müstəsna əhəmiyyətli məsələlərin həll olunmasında önəmli idi. Təkrar qeyd edim ki, Azərbaycan xalqı Vətən müharibəsində öz torpaqlarını azad etsə də, qisasını alsa da uzun onilliklərboyu Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və əsassız torpaq iddiasında olmuş bu xəyanatkar qonşu ilə çox qısa müddətdə bütün münasibətlərin birdən-birə tam normallaşması asan deyil, daha doğrusu mümkün deyil. Sözsüz ki, dəmir yumruğun müşaiyyəti ilə danışıqlar yolu ilə möhtərəm Prezidentimizin bu problemləri həll edəcəyinə hər kəs, xalqımız əmindir.
Biz bir reallığı da nəzərə almalıyıq ki, son iki yüz ildə ermənilərə başqa ölkələr tərəfindən ciddi dəstək olsa da, onların bu qondarma dövlətinin üzərində ən böyük təsiredici güc Rusiyadır. Ümumiyyətlə tarix boyu ən azı üçyüz ilə yaxın bir müddətdə Qafqazda söz sahibi olan ölkələrdən biri, Rusiya olmuşdur. Bu mənada ATƏT-in Minsk qrupu yarandığı gündən bölgə ictimaiyyətinin ona ümidi yox idi və bu sübut da olundu və ötən dövr bunu bir daha təsdiq etdi. Bütün beynəlxalq təşkilatlar da çox gözəl anlayırdı ki, Minsk qrupunda əsas vasitəçi Rusiyadır. Ona görə Rusiyanın vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycan üçün, Azərbaycanın marağı baxımından hədsiz dərəcədə vacib idi. Və biz bu görüşdən öz marağımızı təmin edən cavabları aldıq. Ən əsas marağımız isə, qeyd etdiyimiz kimi, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur koridorunun ən qısa zamanda fəaliyyətə başlaması və sülh sazişinin tezliklə imzalanması idi ki, möhtərəm Prezidentimiz ötən dövr ərzində bunları bütün müsahibələində, görüşündə və qatıldığı beynəlxalq tədbirlərdə səsləndirirdi.
Bu mənada məhz bu məsələr dünənki Soçi görüşməsində Azərbaycana heç bir şərt qoyulmadan Putin tərəfindən nəinki səsləndirildi, hətta çox tezliklə onların həll olunmasının zəruri olduğu bildirildi. Diqqətçəkici məqam da elə odur ki, bu məsələlərlə bağlı Putinin fikirləri sanki möhtərəm Prezidentimizin fikirlərini gücləndirməklə bərabər təsdiq etdi. Sözsüz ki, Soçi görüşünün ölkəmiz üçün əhəmiyyətli olmasında Azərbaycanın uğurla həyata keçirilıən diplomatiyasının xüsusi rolu vardır. Soçi görüşündə həm Putinin , həm Prezidentimizin çıxışlarında bir neçə dəfə səsləndirilmiş kommunikasiyaların açılması, avtomobil yollarının açılmasına xidmət edən layihələrin başlanması kimi önəmli məsələrin imzalanmış Bəyanatda əks olunması həqiqətən ölkəmiz üçün qürurvericidir. Bu görüşün nəticələri bir daha möhtərəm Prezidentimizin nə qədər müdrik olduğunu sübut etdi. Ümumiyyətlə beynəlxalq aləmdə Azərbaycan həyata keçirdiyi xarici siyasətinə və ikitərəfli və çoxtərəfli əməkdaşlıqda ən etibarlı və güvənilən tərəfdaş kimi tanınır və hörmət edilir. Soçi görüşündə Paşinyanın çıxışında iki ölkə arasındakı postmüharibə problemlərinin yenidən ölü qurum olan ATƏT-in Minsk qrupuna daşıması cəhdi boşa çıxmaqla bərabər, ən strateji müttəfiqi olan Ermənistana həyat və can verən, eyni zamanda bu qrupun əsas üzvü olan Rusiyaya qarşı xəyanət kimi qəbul etmək olar. Əlbəttə bu məqamı dünyanın ən güclü dövlət adamı olan Putin hiss etməyə bilməzdi. Bu mənada uzun illər bir şəmsiya altında yaşadığımız, ortaq tarixə malik olduğumuz, ən yaxın qonşularımızdan olan, eləcə də minlərlə azərbaycanlının yaşadığı Rusiya haqqında Prezidentimiz möhtərəm cənab İlham Əliyevin səsləndirdikləri yüksək fikirləri Putin dəyərləndirməyə bilməzdi.Xüsusi qeyd etmək lazımdır ki, bu Bəyanat nəinki bugün böyük əhəmiyyətə malikdir, bu sənəd tarxi bir sənəd kimi gələcəkdə də erməni revanşist qüvvələrə qarşı mübarizədə misilsiz bir vasitə olacaqdır. Bir daha vurğulamalıyıq ki, Ermənistanın Baş naziri Paşinyanın Soçi görüşündə çıxışında səsləndirdiyi “Naqornu Qarabağ” ifadəsi işlətsə də qəbul edilmiş Bəyanatda bu ifadə əks olunmadı. Daha doğrusu sənəd bu ifadənin Azərbaycan Prezidenti və Müzəffər Ali Baş Kamandanı tərəfindən tarixin çöpxanasına atıldığını sübut etdi. Göründüyü kimi, Paşinyanın özü ilə İrəvandan Soçi görüşünə gətirdiyi əsassız problemlərin heç biri, eləcə də əsir və girov məsələsinin də Bəyanatda yer almaması onun növbəti məğlubiyyət göstəricisidir. Bilirsiz ki, sənəddə də əks olunduğu kimi, möhtərəm Prezidentimiz dəfələrlə postmüharibə dövründə həll olunmamış bütün problemlərin xüsusilə də, sərhədlərin delimitasiya və demarkasiya məsələsində də Rusiyanın vasitəçiliyinin xüsusi əhəmiyyətini qeyd edir. Bu reallıqdır. Əlbəttə sərhədlərin delimitasiya və demarkasiyası tarixi sənədlər, beynəlxalq hüquq çərçivəsində aparılmalıdır. Bir mənalı olaraq hər kəs də bilir ki, son iki yüz ilin, eləcə də, son yüz ildə mövcud olan bütün tarixi sənədlər Rusiya arxivindədir. Və bununla bağlı Rusiya rəsmiləri də dəfələrlə açıqlams veribdir. Bu mənada bütün bu problemin həllində Rusiyanın öz vasitəçilik missiyaı çərçivəsində tarixi ədalət nümayiş etdirəcəyinə ümid edirik.
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08

