Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir
30.11.2021 [13:33]
Müşfiq Məmmədli
Milli Məclisin deputatı
Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı mühüm tarixi əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasında yüksək rol oynadı.
Azərbaycan İƏT-in fəal üzvü olması ilə yanaşı təşkilata üzv dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı hörmət əsnasında qurmuşdur. Azərbaycan nəyinki təşkilat daxilində həmçinin, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə əməkdaşlığı üst səviyyədədir.
Əbəs yerə deyil ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Azərbaycan pandemiyanın fəsadları ilə mübarizə də öz töhvəsini dünyaya verməkdədir. Koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edilmişdir..Cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına start verildikdən sonra ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.
Ölkə rəhbəri çıxışı zamanı ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulmasını xüsusi vurğuladı. Təbii ki, dövlət olaraq bu hadisə tariximizdə mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi Azərbaycanın özü öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını dövlət olaraq özü təmin etmiş oldu.
İşğal dövründə bütün şəhər və kəndlərimiz, o cümlədən mədəni və dini irs abidələr Ermənistan tərəfindən yerlə-yeksan edilmişdir. Məscidlər dağıdılmış və təhqir edilmişdir.
Azərbaycan öz humanist məqsəd və məramından irəli gələrək, Ermənistandan fərqli olaraq qurucu dövlət kimi genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salınır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir.
Artıq yeni düzən və yeni perspektiv olan Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Həmçinin İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər.
Sonda ümumiləşdirərək bildirmək istərdim ki, Azərbaycan yürütdüyü siyasəti açıq müstəvidə aparır. Artıq bütün dünya dövlətləri tərəfindən Azərbaycanın bəşəriyyətin inkişafına yönəlik addımları qəbul olunur. Qarşı tərəf Erministanın isə siyasəti tam olaraq iflasa uğramışdır. Yaranmış yeni reallıq qaçılmazdır. Məhz bu baxımdan regiona sülh və əmin-amanlıq gətirən, inkişaf və əməkdaşlığın inamlı partnyoru olan Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın iqtisadi durumunu, xarici və daxili siyasətini, gücünü nəzərə alaraq əminliklə söyləyə bilərik ki, biz Qafqazın aparıcı ölkəsi olaraq yaxın müddətdə regionu dünyanın ən mühüm bölgəsinə çevirəcəyik
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

