Siyasi reneqatların yeni xəyanət marafonu
13.12.2021 [14:59]
Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatının sədri
Tarixin hər bir mərhələsində siyasi reneqatlara, “5-ci kolon”a rast gəlmişik. Çox təəssüflər olsun ki, milliliklərini, dinini, dövlətini, xalqını sataraq düşmən düşərgəsinə keçənlər, şəxsi maraqları naminə dövlətçilik ideallarını düşmənə kapitulyasiya edənlər bu gün də sıralarımızda var.
Hazırda biz onları Sevinc Osmanqızı, Məhəmməd Mirzəli, Emin Hüseynov, Qənimət Zahid, Əli Kərimli və s. kimi tanıyırıq. Əsas məqsədləri də nə olur-olsun, şəraitdən asılı olmayaraq, onlara verilmiş siyasi tapşırığı yerinə yetirmək, haqq-ədalət yolunda olan xalqı, dövləti zərbə altına salmaqdır. Xüsusilə də, istehza və təhqir onların əsas manipulyasiya alətləridir. Öz çirkin siyasi mübarizəsini yalan, böhtan, təhqir və istehza üzərində qurmuş radikalların tək amacı ölkə daxilində vətəndaş qarşıdurmasının yaradılmasıdır. Məhz, bu cür silahlandırılmış siyasi reneqatlardan ibarət “5-ci kolon” Azərbaycan dövlətinin və xalqının Zəfərindən sonra xüsusilə radikallaşıb, açıq düşmənçilik fazasına keçiblər.
Təsəvvür edin, bir zamanlar azərbaycanlıları “xuliqan, bandit” adlandıran, Hərbi Qənimətlər Parkına görə Azərbaycan xalqını təhqir edən, "Əclaf Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinə atəş açırlar", "Ermənistanın Paşinyanı sammitə dəvət olunmalıdır. Bunu deyən mənəm, azərbaycanlıyam..." deyən, Ermənistanın vəkilliyini edən Sevinc Osmanqızı bu gün açıq şəkildə deyir ki, “Kaş ki, Prezidentimiz Paşinyan olardı”.
“Kaş ki, Prezidentimiz Paşinyan olardı” sözləri yalnız öz dövlətinə və Vətəninə qarşı edilmiş xəyanət aktı deyil, eyni zamanda, üç minə yaxın şəhidimizə, 12 minə qədər qazimizə qarşı edilmiş mənəviyyatsızlıq deyilmi? Beş dəqiqəlik efir şöhrəti, qalmaqal və “layk” naminə 3 min şəhid ailəsinin evindəki göz yaşlarına səbəb olmuş Paşinyanı özünə örnək hesab edən Osmanqızı kimilər artıq “Vətənim Azərbaycan” sözlərini demək haqqını itirmiş satqınlardır.
Canlı efirdə izləyicilərin qarşısında bu sözlərin səsləndirilməsi heç şübhəsiz ki, bilavasitə “xəyanətə hazıram” mesajının düşmənə ötürülməsi deməkdir. Siz deyin, “Kaş ki, mənim rəhbərim erməni olaydı” deyənin özünü azərbaycanlı hesab etmək üçün mənəvi haqqı varmı? Məlum efirdən Ermənistanın Baş nazirinə rəğbət etiraflarından sonra aparıcı Sevinc Osmanqızı öz verilişlərini artıq yalnız erməni dilində aparmalı deyilmi?
“Osmanqızı tv” kanalında baş verənlər artıq sadəcə efir xuliqanlığı deyil, hətta bir cinayətdir. “Kaş ki, Prezidentimiz Paşinyan olardı” sözləri deyən şəxs insanları açıq şəkildə Vətənə qarşı casusluğa sövq edir. Heç şübhəsiz ki, damarlarında azərbaycanlı qanı axan insan mina xəritələrini alver predmetinə çevirən Ermənistanın Baş nazirini özünə nümunə və örnək saya bilməz. Mülki şəxslərin ölümünə və şikəst olmasına səbəb olan, mina xəritələrini verməyən rəsmi İrəvanın rəhbərliyini tərifləyən radikal müxalifət “əcəb edib xəritələri verməyiblər” demiş kimi də olurlar. Bu mənada, “Kaş ki, Prezidentimiz Paşinyan olardı” sözlərinin müəllifi xalqın uğur və sevinclərinə sevinməz, onu şad edən ancaq Ermənistanın cinayətləridir. Necə ki, Əli Kərimlinin qadın truppasının rəhbəri Dilarə Miriyeva ermənilərin mina terroru zamanı şəhid olmuş jurnalistlərimizə “zurnalist” deyirdi, Qənimət Zahid isə Hərbi Qənimətlər Parkına “Hərbi Cinayətlər Parkı” adı verirdi...
Erməni ideologiyasının daşıyıcılarından biri olan AXCP üzvü Məhəmməd Mirzəli isə Azərbaycanı Avropada “Qarabağ” adı ilə təmsil edən futbol komandasına qarşı təxribat törədir və sonra da “facebook” statusunda yazır ki, “Qarabağ” futbol klubunu radikal islamçılar idarə edir və bu adamlar yeri gəlsə, stadionun ortasında başda kəsərlər, yəni bu qədər əclaf adamlardır”. Bu cür fikir bilirsinizmi kimlərin ritorikasıdır? Bu, İslam ölkələrinin, müsəlmanların timsalında radikalist, terrorçu obrazı formalaşdıran Qərb fundamentalistlərinin illərdir həyata keçirdiyi siyasi-ideoloji xəttin məhsuludur. İndi başa düşürsünüzmü ki, Əli Kərimlidən təlimatlar alan bu cəbhəçi Məhəmməd Mirzəli hansı dairələrə qulluq edir..?
Azərbaycandan qadın paltarından qaçmış, anasının erməni olması barədə sübutlar olan RATİ sədri Emin Hüseynov daha da irəli gedərək şəhidlərimizin qisasını almış, torpaqlarımızı işğaldan azad etmiş, hazırda da düşmənlə üz-üzə dayanan, sərhədlərimizi qoruyan ordumuzdan AŞPA-ya şikayət edib. Düşünün, özünə azərbaycanlı deyən kimsə, öz ordusundan düşmənlərə şikayət edərmi? Bu, açıq düşmənçilik, hətta erməniçilik deyilmi? Heç Ermənistan rəsmiləri bu qədər irəli gedə bilmirlər, amma özünə azərbaycanlı deyən bəzi ermənidən artıq ermənilər bu mənəviyyatsızlığı, düşmənçiliyi edirlər...
Göründüyü kimi, söz azadlığını mənəviyyatsızlıq ilə qarışdıran, 30 il ərzində torpaqlarımızı işğal etmiş və 1 milyona yaxın azərbaycanlının məcburi köçkün, qaçqın şəraitində yaşamasının səbəbkarı olan ölkənin rəhbərini özünə örnək seçmiş bu radikallar əslində Ermənistanın cinayətlərinə şərik çıxırlar, kollektiv Paşinyanlar uşaq qatillərinə sevgi etirafı edirlər. Bütün bunlara görə, 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtərin ballistik raketlərlə bombalanması əmrini vermiş Paşinyanı özünə örnək seçmiş radikallar erməni cinayətkarları qədər məsuliyyət daşımalıdırlar. Onların ilk olaraq hökmünü də xalq verməlidir...
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05

