Sizinlə fəxr edirik!
24.12.2021 [11:00]
Qalib Prezidentin doğum gününə...
11.05.2021 tarixində, düz 28 ildən sonra mənim ən böyük arzum gerçəkləşdi. Şuşa! Mən səni yenidən gördüm! Yaralıydın, uzun illər işğalçı barbarların boyunduruğu altında qalmışdın, lakin əsl oğul və qızlarının yolunu gözləyərək sınmadın. Şuşa torpağına qədəm qoyan kimi xatirələr baş qaldırdı... Ağır, ağrılı, ürəyimi qəmlə dolduran.
1992-ci il, 5 yanvar. Mənim 9 yaşım var. Partlayan mərmilərin dəhşətli səsləri həyatımızı dolduran, alışdığımız mehriban sözlərin, musiqinin sehrli dünyasını qəddarcasına dağıdır... Anamla biz doğma yerlərindən qaçqın düşən bir çox başqaları kimi, iniltilərimizi qısaraq, göz yaşlarımızı gizləyərək naməlum gələcəyə doğru gedirik...
...Şuşada işğalçılardan azad edilmiş torpağa ayaq basan soydaşlarımızın şən, həyəcanlı səsləri, şən gülüşləri məni gerçəkliyə qaytardı. “Qarabağ Azərbaycandır!” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün dünyaya səsləndirdiyi bu sözlər ölkəmizin tarixində yeni bir səhifə açdı - Azərbaycan xalqını, onun böyüklüyünü tərənnüm edən igidlik, qəhrəmanlıq səhifəsini.
Rəşadətli strategiya obyektiv reallıqları mövcud imkanlarla ölçmək bacarığıdır. “Burada, bu gün və indi” - yüksək dramaturgiyanın məhz bu məşhur triadası İkinci Qarabağ müharibəsi hadisələrini ehtiva edir. Təcrübə göstərdi ki, taleyüklü qərarların həyata keçirilməsi üçün zəruri olan anı dəqiq proqnozlaşdırmaq bacarığı kimi qiymətli keyfiyyət möhtərəm Prezidentimiz və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin əlahiddə istedadı idi. Böyük atanın Böyük oğlu!
Bəli, hamımız çətin zamanlar yaşadıq. İşğal altında olan Qarabağın ağrı-acısı, qayğıları səngimədi, həyatımızı qaraltdı. İkinci Qarabağ müharibəsinin getdiyi 44 gün ərzində biz cəbhədən gələn xəbərlərlə yaşadıq, Ali Baş Komandanın rəhbərliyi ilə igid Ordumuzun azad etdiyi hər qarış torpağın sevincinə qərq olduq. Lakin biz həm də adları ölkənin şanlı salnaməsinə əbədi həkk olunmuş Azərbaycan qəhrəmanlarının şəhid olmasına görə ağladıq.
Prezidentin çıxışlarını necə gözləyirdik! Onun hər kəlməsini göydə tuturduq!
Və hər şeyin yaxşı olacağına, ədalətə, əcdadlarımızın torpaqlarını azad edəcək “dəmir yumruğa” inanırdıq. Azərbaycan xalqının ümid və istəkləri doğrulurdu. Biz nəinki müharibədən qalib çıxdıq, öz Prezidentimizin ətrafında daha sıx birləşdik və bu dəyişməz həqiqəti dərk etdik: Azərbaycanın və onun xalqının başında bütün meyarlara əsasən, ən yaxşı milli ideya və ənənələrə sadiq olan fövqəladə bir şəxsiyyət dayanır.
Azərbaycan tolerantlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi ölkədir. Ədalət və xeyirxahlığa açıq, yüksək humanizm prinsiplərinə riayət edən, siyasəti cəmiyyətin həyat fəaliyyətinin daim çoxvektorlu inkişafına yönəlmiş ölkədir.
Bu sahədə prioritet istiqamətlərdən biri də mədəniyyət və incəsənətə ayrılıb.
Xatirələrim 90-cı illərin əvvəllərində baş vermiş faciəli hadisələrdən başladı. Xatirələr məndə yaşayır və onlar hər nə qədər ağır olsa da, mən onlardan ayrılmaq istəmirəm... Keçmişin bu rəsmləri məndə o zaman hələ uşaqkən Vətənin nə olduğunu və onu itirməyin nə qədər ağrılı olduğunu dərk etməyin başlanğıcını qoydu.
“Şuşa! Mən sənin oğlunam, mən Azərbaycanın oğluyam!”- bu fikir məni həyat boyu müşayiət etdi; daim irəli getməyə istiqamətləndirərək, hərəkətlərimi, peşəkar olmaq istəyimi stimullaşdırdı. Bu cəhddə mənə dəstək verən, kömək edən və inanan adamlar daim olmuşlar!
Mənə - şuşalıya, məcburi köçkünə dövlət tərəfindən həm vətəndə, həm də xaricdə (altçı və dirijor kimi) təhsil almaq imkanı verilmişdir.
Təhsil aldığım bütün illər ərzində real dəstək aldım ki, bu da mənə dünyanın ən yaxşı ali musiqi məktəblərindən birində oxumağa imkan verdi.
Amma harada oluramsa-olum, harada çıxış edirəmsə-edim - milli qürur hissi məni heç vaxt tərk etmədi!
Bu gün də xarici səhnələrdə çıxış edərkən, xarici həmkarlarla ünsiyyətdə olarkən qulaqlarımda dahi Heydər Əliyevin sözləri səslənir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”.
2020-ci ilin fevral ayında Romada, Kvirinal sarayında İtaliyada Azərbaycan mədəniyyəti ilinin açılışı olmuşdu. Mənə belə əlamətdar hadisəyə həsr olunmuş konsert proqramı ilə çıxış etmək şərəfi verilmişdi. Bilirdim ki, salonda Azərbaycanın və İtaliyanın birinci şəxsləri iştirak edirlər. Həyəcanlımı idim? Çox! Böyük bir məsuliyyət idi!
Özümü toplayıb səhnəyə çıxdım. Salona baxdım və doğma simaları gördüm - Prezidentimiz İlham Əliyev, birinci xanımımız Mehriban xanım... onlar əl çalıb gülümsəyirdilər... mənə gülümsəyirdilər! Birdən sakitlik çökdü və anladım ki, buradayam - çünki bu anlara məni məhz bu görkəmli adamların, öz həyatını mənə, dostlarıma, həmvətənlərimə - bütün Azərbaycan xalqına həsr etmiş insanların qayğısı və diqqəti gətirib.
Və bu, məni proqramın icrasına ilhamlandırdı.
Dekabrın 24-də bütün Azərbaycan xalqı Müzəffər Prezidentinin doğum gününü bayram edir. Mən də öz tərəfimdən ümumi təbrik axınına qoşularaq Azərbaycanın əsl uğurlarına, xalqına hədsiz diqqət göstərdiyinə görə əziz Qalib Prezidentimizə təşəkkür edir və böyük ölkəmizin daha da çiçəklənməsi yolunda ona uğurlar arzulayım. Sizə uzun ömür, cənab Prezident! Hər fəaliyyətinizdə uğurlar! Xalqınız sizə sadiqdir və Sizinlə fəxr edir!
Hörmətlə,
Fuad İbrahimov
Azərbaycanın Əməkdar artisti,
Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin üzvü,
“Qızıl çinar” mükafatı laureatı,
Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin dirijoru,
Münhen Yeni Filarmoniyası Orkestrinin və Bakı Kamera Orkestrinin baş dirijoru
Xəbər lenti
Hamısına baxAnalitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35

