Müharibə başladı!
25.02.2022 [10:21]
Nə qədər davam edəcək və nə ilə nəticələnəcək?
Uzun müddət idi ki, Rusiya-Ukrayna gərginliyi fonunda “müharibə olacaqmı” sualı ətrafında müzakirələr aparılırdı. Nəhayət suala cavab tapıldı - müharibə başladı!
Dünən Rusiya Prezidenti Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyat keçirilməsi haqqında qərar qəbul etdiyini deyib. O bildirib ki, Rusiyanın planlarına Ukraynanın ərazilərini işğal etmək daxil deyil. Ukrayna Prezidenti Volodimir Zelenski isə vətəndaşları təşvişə düşməməyə çağırıb. “Hər bir ukraynalıya müraciət edirəm. Təşvişə düşməyək, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün səylərimizi əsirgəməyək”, - deyə o bildirib.
Beləliklə, əvvəlcə Kiyev, Odessa, Kramatorsk, Xarkov, Berdyansk və digər şəhərlərdə partlayış səsləri eşidilib, daha sonra isə tərəflər, o cümlədən Rusiya və Ukrayna KİV-ləri hərbi qarşıdurmanı təsdiqləyiblər.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin son günə qədər danışıqları təklif etdiyini söyləyib: “Kuratorlar danışıqlardan imtina edib Rusiyaya qarşı sanksiyalar qəbul etməyə başlayanda və Donbasda dinc əhalinin atəşə tutulması halları artdığı vaxt qərar qəbul edildi”.
Gün ərzində müxtəlif informasiyalar verilib. Xarici medianın məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin AN-26 nəqliyyat təyyarəsi Kiyev vilayətində vurulub. Bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında isə qeyd edilib ki, Donbasda Rusiyanın 5 təyyarəsi və 1 helikopterini məhv edib: “Vəziyyət nəzarətimiz altındadır”.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, ölkə ərazisinə endirilən raket zərbələri nəticəsində həlak olanlar var. Qeyd olunub ki, Brovarı şəhərinə endirilən zərbə nəticəsində azı bir nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb. Eyni zamanda, Mariupol şəhərində bir nəfər, Podolskda 6 nəfər həlak olub. Ümumilikdə 9 nəfər yaralanıb. 19 nəfərin isə itkin düşdüyü bildirilir.
Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podoliak isə brifinqdə diqqətə çatdırıb ki, Ukraynada döyüşlər bütün sərhəd boyu gedir: “Şəhərlər, xüsusilə də hava limanları, hərbi infrastruktur və sairin atəşə tutulması ilə bağlı təbii fəsadlar ola biləcəyini deməliyəm. Bu fəsadların gün ərzində olacağı yəqindir”.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Ukrayna hərbi infrastrukturunun 74 yerüstü obyekti sıradan çıxarılıb. Onun sözlərinə görə, sıradan çıxarılan obyektlər arasında Hərbi Hava Qüvvələrinin 11 aerodromu, 3 komanda məntəqəsi, Ukrayna Hərbi Dəniz Qüvvələrinin yerləşdiyi məntəqə, həmçinin “S-300” və “Buk-M1” hava hücumundan müdafiə komplekslərinin 18 radiolokasiya stansiyası var.
Toqquşma və qarşıdurmanın müşahidə edildiyi hazırkı şəraitdə müzakirə olunan mövzulardan biri də Qərbin proseslərə fəal müdaxilə edib-etməməyi məsələsidir. ABŞ Prezidenti Co Bayden artıq Təhlükəsizlik Şurasının iclasını çağırıb. NATO-nun Baş katibi Yens Stoltenberq isə söyləyib ki, NATO-nun Ukraynaya qoşun göndərmək planları yoxdur. “NATO münaqişəni dayandırmaq üçün Rusiya ilə təmasları davam etdirməyə çalışacaq”, - deyə o bildirib.
Yeri gəlmişkən, bəzi informasiya resurslarında Kiyevin ətrafında döyüşlər getdiyi, hətta Rusiyaya məxsus hərbi qüvvələrin paytaxta daxil olduğu barədə xəbərlər yayılsa da, məlumat öz təsdiqini tapmayıb. İndi hər kəsi düşündürən bir sual var: hərbi qarşıdurma nə qədər davam edəcək və nə ilə nəticələnəcək? Müxtəlif rəylər ifadə olunsa, şərhlər verilsə də, bunu zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

