Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın milli brendlərinin liderlərindən biri - “Səba”

Azərbaycanın milli brendlərinin liderlərindən biri - “Səba”

18.03.2022 [10:43]

Neft ölkəsi olan Azərbaycan neftdənkənar iqtisadiyyatın inkişafını hədəfləyən ölkədir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq karbohidrogen məhsullarının ixracından əldə olunan gəlirlər məqsədyönlü şəkildə yüksək səviyyəli insan kapitalının formalaşmasına və iqtisadiyyatın diversifikasiya edilməsinə yönəldilir. Əsas məqsəd yüksək intellektə, mənəvi dəyərlərə və menecmentlik keyfiyyətlərinə malik milli kadrlar formalaşdırmaqla və yeni institusional çərçivələr müəyyənləşdirməklə neftdənkənar iqtisadiyyatın dinamik inkişafına nail olmaqdır. Deyə bilərik ki, ardıcıl siyasi və maddi dəstək  tədbirlərinin məntiqi nəticəsi olaraq hazırda milli iqtisadiyyatımızda güclü rəqabət imkanlarına malik özəl sektor formalaşıb.

Mübariz ABDULLAYEV

“Səba” brendinə böyük inam

Qürurverici haldır ki, bu gün özəl sektorda dövlət dəstəyindən bəhrələnən milli şirkətlər ölkənin ixrac potensalının artmasına, daxili istehlakın getdikcə daha böyük miqyasda yerli istehsalla qarşılanmasına, ölkənin ərzaq təhlükəsizliyinə sanballı töhfələr verirlər. Bu sırada bir sıra fəaliyyət sahələri üzrə ixtisaslaşan “Səba” Açıq Səhmdar Cəmiyyətinin (ASC) adını qürurla ön sırada çəkə bilərik. Bir qrup təşəbbüskar, ölkənin inkişafına töhfə vermək istəyən iş adamının qabaqcıl ideyalarının, böyük səylərinin və əlbəttə ki, investisiya yatırımlarının bəhrəsi olaraq 2002-ci ildə fəaliyyətə başlayan “Səba” sonradan özünü təsdiqləməyə və fəaliyyət sferasını genişləndirməyə nail oldu. Bu gün “Səba” Azərbaycanın ərzaq məhsulları istehsalı üzrə milli brendləri sırasında öncül mövqelərdən birini bölüşür. ASC Azərbaycanın ticarət şəbəkələrində bir sıra məhsullarla təmsil olunur. Məhsulların çeşid və növ müxtəlifliyindən asılı olmayaraq, onlar haqqında  müsbət rəy, müştəri məmnunluğu formalaşdıran əsas cəhət yüksək keyfiyyətdir. ASC-nin müəssisələrində olarkən bir cəhət xüsusilə diqqətimizi cəlb etdi. “Səba”nın çoxsaylı kollektivi daim müştəri məmnunluğunun artırılması barədə düşünür. Başlanğıcda nailiyyətlər qazanan, sonradan isə uğur piramidasından aşağı yuvarlanan şirkətlər çox olub. “Səba” kollektivi isə istehlakçılar qarşısında məsuliyyət hissini heç vaxt unutmur və istehsal-satış zəncirində həmişə yüksək standartlara əməl etməyə çalışır. “Səba” milli brendinə inamın qorunması və daha da artırılması ASC rəhbərliyinin hər bir əməkdaşın qarşısına qoyduğu əsas şərtdir. “Hazırda Azərbaycan bazarında “Səba” brendinə böyük inam var. Müştərilər ölkənin hər yerində məhsullarımızı gözləyirlər və məmnuniyyətlə alırlar. Biz məhsullarımızın adi və bayram günlərində hər bir azərbaycanlı ailəsinin süfrəsinin bəzəyinə çevrilməsindən iftixar hissi keçiririk. Bu inamın arxasında çox böyük səylər və zəhmət dayanır. Biz gələcəkdə də bu inamı qorumağa və daha da möhkəmlətməyə çalışacağıq”, - deyə ASC rəsmisi bildirir.

Ad seçimi: Nə üçün “Səba”?

Zamanında “Səba”nın yaradıcıları özlərinin xoş mərama əsaslanan yeni ideyalarını gözəl bir ad altında təqdim etmək istəyirdilər. Onlar bu barədə  çox düşünüb daşındılar. Azərbaycanın yeni məhsul brendini yaratmaq niyyəti nə qədər gözəl bir ideya idisə, ad da bir o qədər cəlbedici olmalı idi. Müxtəlif təkliflər irəli sürüldü, ayrı-ayrı variantlar müzakirə olundu və yeni milli brend üçün “Səba” adı seçildi. Bəs nə üçün “Səba”? Bu barədə bilgi verən ASC rəsmisi vurğuladı: “Səba” sözü ərəb mənşəlidir. Ərəbistanda iki növ külək vardır - biri “Səmum”, digəri isə “Səba”. “Səmum” isti, qaynar bir küləkdir ki, Allahın verdiklərinin hamısını xəzələ döndərir. “Səba” isə Günəşin çıxmasından çox əvvəl əsən bir mehdir. Bu, ərəblər üçün, ərəb səhraları üçün bir yaşamaq, həyat anlamına gəlir. Yəni “Səba” insanların gözlədikləri və onların könlünü oxşayan bir mehdir. Biz də ad seçimində insanların sevə biləcəkləri, onların könlüncə olacaq bir qida məhsulu istehsal etmək niyyətimizi ifadə edərək “Səba” sözünün üstündə dayandıq”.

Təbii ki, ad seçimi şərtidir. Azərbaycan və digər xalqların lüğətlərində gözəl sözlər çoxdur. “Səba”nın yerinə başqa bir söz də seçmək olardı. Məmnunluq doğuran cəhət isə odur ki, “Səba” ailəsi ötən 20 il ərzində bu adı tam özününküləşdirməyə, milliləşdirməyə və yüz minlərlə istehlakçının sevimlisinə çevirə bilib. Əsas olan da elə budur. Bu gün insanlar “Səba” məhsullarını sevirlərsə, onlardan dadmağı, öz süfrələrində görməyi arzulayırlarsa, deməli, kollektiv xoşbəxtdir və istəyinə çatıb.

Müxtəlif müəssisələr, vahid qaydalar

“Səba” Açıq Səhmdar Cəmiyyətinin tərkibində bir sıra müəssisələr fəaliyyət göstərir. “Səba” ASC quş əti məhsulları istehsal edir. “Dərin emal” sahəsində quş ətindən sosislər, kolbasalar, kotletlər və digər məhsullar hazırlanır. “Biləsuvar Aqro” Azərbaycan istehlakçılarına müxtəlif çeşiddə  çox keyfiyyətli süd məhsulları təklif edir.”Səba” brendi ilə təqdim edilən yüksək keyfiyyətli kərə yağı “Biləsuvar Aqro” MMC-də istehsal olunur. Yalnız fermadan tədarük olunan, ənənəvi nehrə üsulu ilə çalınaraq alınan və əl dəyməyən texnologiya ilə hazırlanan kərə yağları “Səba” adı ilə ticarət şəbəkələrinə çıxardılır. Açıq sarı rəngdə (yalnız yazda sarı rəngdə) olan və təbiiliyinə görə saxlama müddəti ən qısa olan “Səba” kərə yağları 82,5 faiz yağlılığa malikdir və istehlakçılar tərəfindən həvəslə qarşılanır. Sağlam qidalanmaq istəyən hər bir istehlakçı üçün “Səba” kərə yağı ən doğru seçimlərdən biridir. “Səba” ASC-nin törəmə cəmiyyətlərdindən biri olan “Qarabağ taxıl” MMC quş yetişdirmə sahələrini yemlə təchiz etməklə yanaşı, digər istehsalçılara da taxıl məhsullarının satışını həyata keçirir. Sadalanan müəssisələrin hamısını ümumi bir amal “Təbiətdən mətbəxə” şüarı altında məhsulların istehsal edilərək istehlakçılara təqdim edilməsi birləşdirir. 

Halallıq, yenə də halallıq

Halallıq hər bir azərbaycanlı ailəsində uca tutulan və yüksək qiymətləndirilən bir dəyərdir. “Səba” ASC-nin tərkibində fəaliyyət göstərən bütün müəssisələrdə də bu halallığın təminatı vardır. “Mən tərəddüd etmədən deyərdim ki, “Səba” məhsullarını alarkən narahatlıq hissi keçirməyə dəyməz. Çünki güvənilən məhsullardır. Qablaşdırmanın üzərində” Səba” yazılıbsa, deməli, bu məhsulda Səba mehi kimi, insanın ruhuna təravət gətirəcək, könlünü oxşayacaq bir təmizlik, paklıq vardır. “Səba”nin qəssabları lazım gəldikdə treninqlər keçirmək və yaxud halal kəsim qaydalarına hansı səviyyədə əməl olunduğunu izləmək üçün ASC-nin müəssisələrinə ezam olunurlar. Bir sözlə, “Səba” məhsullarının halal və güvənli olmasını bütün məsuliyyəti ilə təsdiqləyirik. İstehlakçılar tərəddüd etmədən “Səba” milli brendi ilə buraxılan məhsullardan yararlana bilərlər. Çünki bunların hamısı beynəlxalq sertifikata layiq görülmüş, halallığı yüksək səviyyədə təmin olunmuş məhsullardır. “Səba”nın məhsullarının halallığı üzü qibləyə tikilmiş kəsimxanadan başlayır. Məhsulların təmizliyini isə müəssisəyə çəkilmiş Şollar suyu təmin edir”,  - deyə müsahibim bildirir.

ASC rəsmisi onu da qeyd etdi ki, “Səba” ASC-də buraxılan məhsullara nəzarət çox güclüdür.

“Səba”ASC-nin mağazalar şəbəkəsi

“Səba” ASC fəaliyyətində “hər gün yeni məhsul” konseptinə  əsaslanmaqla öz məhsullarını təzə-təzə təqdim etmək, istehlakçılara doğma məhəllə dükanı qədər yaxın olmaq prinsipinə böyük önəm verir. Məqsəd isə müştəri məmnunluğuna nail olmaq, onlara yalnız təzə (dondurulmamış) məhsullar təqdim etmək, əhalinin sıx yaşadığı ərazilərdə operativ xidmət göstərməkdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mağazalar şəbəkəsi yaradılıb.

Mağazalar şəbəkəsi “Səba” ASC-nin layihəsidir və şirkətin, demək olar ki, ayrıca brendinə çevrilib. Yalnız “Səba” ticarət nişanlı məhsulların (süd və quş əti məhsullarının geniş çeşidi) satıldığı müstəqil “Gündəlik” adlı ət-süd mağazalar şəbəkəsi Bakı, Sumqayıt və Cənub bölgəsini əhatə edir. Perspektivdə “Gündəlik” mağazalarının əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Şirkətin məhsullarının satışının önəmli hissəsi məhz “Gündəlik” dükanlarının payına düşür. Hər gecə kəsilmiş quş əti çeşidləri, süd məhsulları (qatıq, xama, yağ) ciddi gigiyenik qaydalara əməl olunmaqla səhər tezdən bir neçə saat ərzində dükanlara çatdırılır. “Gündəlik” dükanları standartlara uyğun lazımi avadanlıqla tam təchiz olunub. Bütün məhsulların  saxlanma şəraitində sanitar qaydalar diqqət mərkəzində saxlanılır. “Gündəlik” mağazalarında bütün komandanın (ərazi üzrə məsul şəxs, supervayzer, satıcı)  satışa təqdim olunan “Səba” məhsullarının hər çeşidi barədə ətraflı və dolğun informasiyaya malik olması müştəri məmnuniyyətinin hədəf götürülməsindən xəbər verir.

“Səba”nın sosial tərəfdaşlığı

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında milli şirkətlərə, iri sahibkarlıq subyektlərinə çağırış edərək onları sosial layihələrdə fəal iştirak etməyə səsləyib.  Dövlət sahibkarlara həm siyasi, həm də maddi dəstək göstərir. Ölkədə özəl sektorun inkişafı üçün bütün şərtlər təmin edilib. Dövlət vəsaitləri hesabına yaradılan infrastrukturdan, davamlı dəstək tədbirlərindən bəhrələnərək öz fəaliyyətlərini genişləndirən sahibkarlıq subyektləri də sosial məsuliyyətlərini artırmalıdırlar.  Azərbaycanın əsas qida istehsal edən şirkətlərindən olan “Səba” da Prezident İlham Əliyevin çağırışına qoşularaq sosial tərəfdaşlıq mövqeyindən çıxış edir. ASC 44 günlük Vətən müharibəsi dövründə şanlı Zəfərə imza atan Ordumuza dəstək kompaniyasına qoşuldu. Postmüharibə dövründə isə “Səba” ASC-nin müəssisələri yerləşdikləri ərazilər üzrə bayramlarda şəhid ailələrinə “Səba”ASC-nin məhsullarından ibarət sovqatlar göndərərək onları sevindirir, diqqət göstərir. Eyni zamanda, müharibə iştirakçılarının işlə bağlı müraciətləri nəzərə alınaraq onlar mövcud vakansiyalar üzrə ASC-nin müəssisələrində üstün qaydada işlə təmin olunurlar.

“Səba”ASC bundan sonrakı fəaliyyətində də keyfiyyətli məhsullar təqdim etməklə alıcıların tələbini təmin etməyə çalışacaqdır.

Paylaş:
Baxılıb: 718 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30