Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş Qərargah rəisi Azərbaycan Ordusunun vəzifəli şəxslərinə tapşırıqlar verib

Baş Qərargah rəisi Azərbaycan Ordusunun vəzifəli şəxslərinə tapşırıqlar verib

18.03.2022 [11:57]

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30