Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı hökumətə təqdim edildi
19.03.2022 [17:04]
Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı hökumətə təqdim edilib.
“Report”un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adının verilməsi ilə əlaqədar Nazirliyin Mərkəzi elektron informasiya sisteminə adları daxil edilmiş şəxslərin siyahısını Nazirlər Kabinetinə təqdim edib.
Bundan əlavə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan, 2020-ci il 27 sentyabr tarixinədək “Müharibə veteranı” adı almış şəxslərin siyahısı təsdiqedici sənədlərlə (müharibə veteranı vəsiqələrinin surəti, hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə Nazirlər Kabinetinə təqdim edilib.
Həmçinin hökumətə digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Prezidentinin yaratdığı publik hüquqi şəxslər və dövlətə məxsus digər hüquqi şəxslər tərəfindən də Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu abzasında göstərilmiş ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısı təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə təqdim olunub.
Qeyd edək ki, Baş nazir Əli Əsədov bu ilin fevralın 26-da “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

